Dişləriniz haqda təəccüblənəcəyiniz gerçəklər
Dişlər bədənimizin qidanı həzmə təşviq edən ən vacib hissələrindən biridir.
Milli.Az xəbər verir ki, türkiyəli diş həkimi Pertev Kökdemir hər gün güzgüdə gördüyümüzdən daha sirli bir dünyaya sahib olan dişlərimizlə bağlı bəzi faktları bölüşüb.
Həkim bildirib ki, diş minası insan bədənindəki ən sərt maddədir:
"Təxminən 300 kq yükə qırılmadan müqavimət göstərə bilər. Ancaq yenə də şüşə qabda olan içkilərin qapağını açmaq üçün dişlərdən istifadə etməyi tövsiyə etmirik. Barmaq izinin fərdi olduğunu demək olar ki, hamı bilir. Bu, eynilə dişlərimizə də aiddir. Hər kəsin dişləri barmaq izləri kimi fərqlidir. Hətta əkiz uşaqların dişləri belə bir-birindən seçilir".
O əlavə edib ki, ağzımız müxtəlif növ canlılara ev sahibliyi edir:
"Ağzımızda 300-dən çox növ bakteriya yaşayır".
Həkimin sözlərinə görə, dişlər körpəlikdə 6-cı aydan etibarən çıxmağa başlayır: "Ancaq bununla belə ana bətnində formalaşdığını qeyd etməliyik".
P.Kökdemir son olaraq vurğulayıb ki, atalarımız çənənin arxa qismində yerləşən azı dişlərə sahib olub:
"Ancaq ətraf mühitin təsiri və yemək vərdişləri çənə quruluşumuzu da dəyişdirdi. Bu səbəbdən çox insanın ağzında bu dişlər yer almasa da, bəzi şəxslərdə hələ də çıxmağa davam edir. Bundan əlavə, 35 faiz insanda 20 yaş dişinin heç çıxmadığını qeyd etməliyik". (publika.az)
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar