Dollar qalxmayacaq, manat "öləcək" - Bu necə olacaq?

Dollar qalxmayacaq, manat  Son vaxtlar manatın devalivasiyası ilə bağlı iddialar artır. Bu isə cəmiyyətdə ciddi narahatlıq və təşvişə səbəb olur.
KONKRET.azxəbər verir ki, Azərbaycanda devalivasiya son dəfə 7 il öncə baş verib. Lakin müxtəlif məhsulların qiymət artımı uzun illərdir ki, davam edir. Bu isə devalivasiya olmasa belə, manatın alıcılıq qabiliyyətini aşağı salır.
Bəs görəsən, belə şəraitdə manatı hansı aqibət gözləyir?
Mövzu ilə bağlı  danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, devalivasiya o zaman baş verə bilər ki, ölkəyə kifayət qədər valyuta girməsin:
"Devalivasiya fiksə edilmiş valyutanın dəyərdən salınma prosesidir. Bizdə manat dollara fiks edilib. Məsələn, hazırda 1 dollar 1.70 manatdır. Əvvəllər isə, 1 dollar 0.78 manat və daha sonra 1.05 manata bərabər idi. Devalivasiya fiksə edilmiş məzənnə rejimində mümkündür. Misal üçün, Türkiyə valyutası da dəyərdən düşür, amma ona devalivasiya deyilmir. Çünki lirə üzən məzənnədədir, ucuzlaşa və bahalaşa bilər. İnfiliyasiya isə qiymət səviyyəsinin artmasıdır. Devalivasiya olmadan da qiymət səviyyəsi arta bilər. Necə ki, biz bunu hazırda görürük. Keçən il 8.8 faiz olan infiliyasiya ondan öncəki il 14.7 faiz idi. Onsuz da devalivasiya infiliyasiyanın qarşısını almır. Çünki dolların özü də dəyər itirir. Proses bu cür baş verir. Devalivasiya o zaman aktual olur ki, artıq ölkəyə kifayət qədər valyuta daxil omur və bu istiqamətdə valyuta tələbatı daha yüksək olur. Belə olan halda hökumət fiks rejimini saxlaya bilmir və idarə etmək üçün başqa bir səviyyəyə qaldırır. Ölkəmizdə 7 ildir devalivasiya yoxdur, amma bu müddət ərzində infiliyasiya olub. Devalivasiya olarsa, infiliyasiya daha da sürətlənəcək. Bu birmənalıdır".
Ekspert qeyd edib ki, devalivasiyanın olması infiliyasiyanı daha da artırır:
"Devalivasiyaya o zaman ehtiyac yaranacaq ki, tədiyə balansında girən dollar çıxan dollardan az olacaq. Devalivasiya infiliyasiyaya gətirib çıxara bilər, amma bu o demək deyil ki, devalivasiya baş verməsə infiliyasiya olmayacaq. Biz götürüb manatı rubla, avroya da yapışdıra bilərik. Belə olan halda qeyd edilən valyutaların bahalaşması və ucuzlaşması zamanı manat da eyni dərəcədə dəyişəcək. Devalivasiya insanları ona görə narahat edir ki, bu infiliyasını artırır. İnsanlar məhz bu infiliyasiyadan narahatdır. Çünki əllərindəki pulun alıcılıq qabiliyyəti aşağı düşəcək"./ Yenisabah.az

Sosial       Tarix: 10 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi banklar son xeberler az cəbhədən ən son xəbər en sonxeber