Dollarla bağlı hökm verildi – Nazirlik açıqlama yaydı
2025-ci ildə Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, 1 aya yaxındır yerli mediada devalvasiyanın olacağına dair xəbərlər yayılırdı. İctimaiyyət və bəzi ekspertlər dolların bahalaşacağını, nazirlik isə eyni səviyyədə qalacağını deyir.
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı Emin Qəribli deyib ki, devalvasiyanın olmasına dair heç bir əlamət yoxdur.
Onun sözlərinə görə, Azərbaycanın makroiqtisadi göstəricilər kifayət qədər stabildir:
"Düzdür, neftin qiymətində indi cüzi enmə var, amma devalvasiya söhbəti artıq 2-3 aydır ki, gedir. Onda heç neftin qiymətində eniş də yox idi. Tədiyyə balansına baxsaq, görərik ki, devalvasiyanın olacağına dair bir əlamət yoxdur. Bilirik ki, bizdə böyük tədbirlər keçirilir. "Formula-1" yarışları keçirildi, qarşıdan COP29 gəlir. Bununla əlaqədar Azərbaycana çoxlu turistlər, qonaqlsr gələcək. Buna görə də, əksinə, ABŞ dollarına olan təlabat çoxalacaq".
İqtisadçının fikrincə, 2025-ci ildə dollar olduğu səviyyədə qalacaq:
"İndi kifayət qədər stabil bir dövrdür. Bahalaşma üçün ehtimal görmürəm. Bunlar Mərkəzi Bank tərəfindən tənzimlənir. Təbii ki, qərarı da onlar qəbul edirlər"./Globalinfo.az

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat