Dollarla bağlı mühüm açıqlama: Bu tarixədək

Dollarla bağlı mühüm açıqlama: Bu tarixədək"2025-ci ilin birinci rübündən başlayaraq proses bu şəkildə gedərsə, dollara qarşı tələbat müəyyən qədər artarsa, Neft Fondunun rezervində azalma, eyni zamanda neftin qiymətində dəyişikliklər baş verərsə, Azərbaycanda devalivasiya riski ola bilər. Amma hazırda iqtisadi proqnozlar əsas verir ki, 2025-ci ilin sonuna qədər devalivasiya olma ehtimalı çox aşağıdır".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli deyib.
O bildirib ki, son dönəmlər ən çox müzakirə olunan mövzulardan biri dollara tələbatın artması və devalivasiya ilə bağlı narahatlıqdır: "Ümumiyyətlə, 2024-cü ildə devalivasiyanın olma riski çox aşağıdır. Çünki bunun üçün müəyyən iqtisadi faktorlar lazımdır ki, hazırkı dönəmdə bunları görmürük. Birinci növbədə, Neft Fondunda yetəri qədər rezervimiz var. Bilirsiniz ki, banklar və dövriyyəyə buraxılan dollar adətən Neft Fondunun rezervindən satınalma ilə həyata keçirilir. Neft Fondu əlindəki rezervləri, dövlət büdcəsinə transfertləri manatla apardığı üçün əlindəki dollarları satır. Birinci növbədə, özəl banklar bazardan ehtiyacı olan qədər dollar alır. Hərraca çıxarılan dolların geri qalan qismini Mərkəzi Bank alır, öz rezervində saxlayır. Yəni bu gün Neft Fondunun sabit məzənnəni saxlamaq üçün yetəri qədər rezervi var. Ümumiyyətlə, banklarda dollara olan tələbatın artması dollar depozitlərinin və dollara qoyulan əmanətlərin faiz həddinin çox aşağı olmasına görədir. Buna görə də vətəndaşlar dollar əmanətlərini banka qoymurlar. Bu da o deməkdir ki, dövriyyədə artıq dollar qıtlığı yaranır və dollara olan tələbat artır. Təbii ki, neftin qiymətinin büdcədə nəzərdə tutulandan yuxarı olması, həmçinin dünya bazarında birjalarda yuxarı olması önəmlidir. Təbii ki, bütün bu iqtisadi prosesləri nəzərə alaraq 2024-cü ildə dolların devalivasiya olmasını, hələlik, proqnozlaşdırmırıq, uyğun görmürük".

Sosial       Tarix: 15 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler son.xeber kriminal en son xeberler