Dondurulmuş İran aktivləri ərəblərə veriləcək?
ABŞ və İran arasında hərbi müstəvidə gərginliyin pik həddə çatması fonunda rəsmi Vaşinqton Tehrana qarşı növbəti iqtisadi təzyiq rıçaqını bəyan edib. İrana məxsus dondurulmuş maliyyə vəsaitlərinin Fars körfəzi ölkələrinə kompensasiya qismində ödənilə biləcəyi açıqlanıb.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent özünün rəsmi "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bu məsələyə toxunub. Nazir bildirib ki, İran və ABŞ arasında baş verən hərbi münaqişə zamanı Tehran rejiminin Fars körfəzi ölkələrinə vurduğu hər hansı ziyan məhz İranın dondurulmuş aktivləri hesabına kompensasiya oluna bilər.
Maliyyə nazirinin sözlərinə görə, bu vəsaitlər həmçinin gəmilərin Hörmüz boğazından keçidi zamanı yaranan xərclərin qarşılanması üçün də istifadə edilə bilər. Belə ki, gəmilərdən yığılan tranzit haqlarının rəsmi Tehranın yaratdığı Fars Körfəzi İşləri İdarəsinə (PGSA) ötürülən hissəsi eyni qaydada İrana məxsus dondurulmuş hesablardan tutularaq geri qaytarılacaq.
Skott Bessent xüsusilə vurğulayıb ki, Tehran tərəfindən törədiləcək hər hansı yeni hərbi hücum və ya təxribat bütövlükdə İran üçün mövcud iqtisadi və maliyyə böhranını daha da dərinləşdirəcək. Nazir son günlərdə ABŞ və İran Silahlı Qüvvələri arasında qarşıdurmanın görünməmiş dərəcədə eskalasiya etdiyini və Vaşinqtonun müttəfiqlərini qorumaq üçün həm hərbi, həm də iqtisadi müstəvidə radikal addımlar atmağa hazır olduğunu diqqətə çatdırıb.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK