Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar təsdiqləndi
"Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar" və "Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı" təsdiq edilib.
KONKRET.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar, həmçinin resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısı müəyyən edilir.
Qərarda ağciyərin, ürəyin, qaraciyərin, böyrəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar 18 yaşdan yuxarı şəxslər və 18 yaşınadək şəxslərə münasibətdə müəyyən edilib. Digər orqanlar üçün müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyən edilmir.
Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısı
Sıra №-si
Xəstəliklərin adı
1
2
1.
Canlı donora münasibətdə
1.1.
Qeyri-spesifik infeksion xəstəliklər:
1.1.1.
Kəskin qeyri-spesifik infeksion xəstəliklər (sağalma qeyd olunana qədər)
1.1.2.
Xronik qeyri-spesifik infeksion xəstəliklərin kəskinləşməsi (sağalma qeyd olunana qədər)
1.2.
Spesifik infeksion xəstəliklər:
1.2.1.
Hepatit B
1.2.2.
Hepatit C
1.2.3.
Vərəm
1.2.4.
Sifilis
1.2.5.
Epşteyn-Barr virus daşıyıcılığı
1.2.6.
Sitomeqalovirus daşıyıcılığı
1.2.7.
İnsan immunçatışmazlığı virus (İİV) daşıyıcılığı (İİV olan canlı donordan İİV olan resipiyentə orqanın köçürülməsi mümkündür, belə olduğu təqdirdə resipiyent bu barədə məlumatlandırılaraq razılıq verməlidir)
1.3.
Toksoplazmoz (sağalma qeyd olunana qədər)
1.4.
Bədxassəli onkoloji xəstəliklər
1.5.
Köçürülən orqanla bağlı xəstəliklər:
1.5.1.
Böyrək:
1.
Nefropatiya ilə nəticələnmiş arterial hipertenziya
2.
I tip və II tip şəkərli diabet
1.5.2.
Qaraciyər:
1.
Alfa-1 -antitripsin zülalının irsi çatışmazlığı: ZZ, Z-sıfır, sıfır-sıfır və S-sıfır fenotipləri üçün
2.
Meyit donora münasibətdə
2.1.
Aktiv bakterial infeksiyalar:
2.1.1.
Vərəm
1
2
2.1.2.
Sifilis
2.1.3.
Bağırsaqların perforasiyası və ya qanqrenası
2.1.4.
Abdominal sepsis
2.2.
Aktiv virus infeksiyaları:
2.2.1.
İnsan immunçatışmazlığı virusu (İİV olan meyit donordan İİV olan resipiyentə orqanın köçürülməsi mümkündür. Belə olduğu təqdirdə resipiyent bu barədə məlumatlandırılaraq razılıq verməlidir)
2.2.2.
Quduzluq
2.2.3.
Hepatit B
2.2.4.
Hepatit C
2.2.5.
Sadə herpes (Herpes simplex)
2.2.6.
Suçiçəyi (Varicella zoster)
2.2.7.
Sitomeqalovirus mənşəli viremiya və ya pnevmoniya
2.2.8.
Epşteyn-Barr virusu (mononukleoz)
2.2.9.
SARS virusları, o cümlədən SARS-CoV-2 (COVID-19)
2.3.
Aktiv göbələk infeksiyaları:
2.3.1.
Kəskin kriptokokkoz, asperqilloz, histoplazmoz, kandidemiya
2.4.
Kəskin parazitar xəstəliklər:
2.4.1.
Malyariya
2.4.2.
Stronqiloidoz
2.5.
Prion mənşəli xəstəliklər
2.6.
Aplastik anemiya, aqranulositoz
2.7.
Bədxassəli onkoloji xəstəliklər (mövcud olan şişlər, metastazlar, anamnezdə melanomanın olması)
2.8.
Qanın onkoloji xəstəlikləri:
2.8.1.
Leykemiya
2.8.2.
Hoçkin xəstəliyi
2.8.3.
Limfoma
2.8.4.
Çoxsaylı miyeloma
2.9.
Kəskin bakteriya, virus, göbələk, parazit mənşəli meningit və ya ensefalit

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Azərbaycan nefti bahalaşdı
Müşfiqabadda yaşayış binasında yanğın olub
"Neftçi"dən böyükhesablı qələbə
Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
Bu məhsullar gömrük rüsumundan azad edilir