Yayda ən çox yeyilən salat zəhərə çevrilə bilər - DİQQƏT
Qida təhlükəsizliyi üzrə mütəxəssis Yelena Spetsenko yayın ən çox yeyilən salatının sağlamlıqla bağlı risklərini açıqlayıb.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, xiyar və pomidordan hazırlanmış ənənəvi yay salatına mayonez əlavə edildikdə və düzgün saxlanmadıqda bu yemək zəhərlənməyə səbəb ola bilər. Onun sözlərinə görə, əsas təhlükə mayonezdədir. Havanın temperaturu 25 dərəcəni keçdikdə, mayonezli salat 30-40 dəqiqə ərzində stafilokok, salmonella və bağırsaq çöpləri kimi zərərli bakteriyalar üçün ideal mühitə çevrilir.
Xüsusilə yay kafelərində və supermarketlərdəki hazır salatları alanların daha çox risk altında olduğu bildirilib. Spetsenko salatın yeməkdən dərhal əvvəl hazırlanmasını, otaq temperaturunda maksimum iki saat saxlanmasını və tərəvəzlərin soda ilə yuyulmasını tövsiyə edib. Mayonez əvəzinə bitki yağı və ya qatıqla hazırlanmış souslardan istifadə edilməsinin daha təhlükəsiz olduğu vurğulanıb.
Əgər salat bir neçə saat saxlanmalıdırsa, mütləq soyuducuya qoyulmalıdır. Turş qoxu, dad və konsistensiya dəyişiklikləri kimi əlamətlər varsa, həmin yeməkdən imtina etmək tövsiyə olunur.
Qeyd edək ki, daha əvvəl LabQuest şirkətinin mütəxəssisi həkim Vera Serejina da isti havada yağlı, qızardılmış və süd məhsullarının təhlükəli ola biləcəyini, hətta dondurmanın belə zərər verə biləcəyini bildirmişdi.
Turlar.az [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı