Alimlər diabet riskini əhəmiyyətli dərəcədə azaldan üsul açıqlayıblar
Aralıq dənizi pəhrizinin kalori məhdudiyyəti, müntəzəm fiziki aktivlik və peşəkar dəstəklə birləşdirilməsi II tip şəkərli diabetin inkişaf ehtimalını 31% azaldır.
KONKRET.az xəbər verir ki, bu barədə "Science Daily" elmi jurnalında dərc olunan araşdırmada qeyd olunur.
Harvard Universitetinin professoru Frank Hu bildirib ki, hazırda dünya qlobal şəkərli diabet epidemiyası ilə üz-üzədir.
"Yüksək səviyyəli sübutlara əsaslanan bu araşdırmamız göstərir ki, pəhriz və həyat tərzində kiçik və davamlı dəyişikliklər bu xəstəliyin qarşısını almağa qadirdir", – deyə o qeyd edib.
Araşdırma Avropada qidalanma və həyat tərzi üzrə ən böyük klinik layihə olan "PREDIMED-Plus" çərçivəsində aparılıb. Araşdırmada 55-75 yaş arası, artıq çəkili və metabolik sindromlu, lakin şəkərli diabet diaqnozu qoyulmamış 4276 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb: birinci qrup ənənəvi pəhrizə riayət edib, ikinci qrup isə həmin pəhrizi kalori məhdudiyyəti, orta intensivlikdə fiziki fəaliyyət (gəzinti və güc məşqləri daxil olmaqla) və çəki azaldılması üzrə mütəxəssislərin dəstəyi ilə birləşdirib.
Altı illik müşahidədən sonra məlum olub ki, kompleks yanaşmadan istifadə edən qrupda diabetə tutulma riski nəzarət qrupu ilə müqayisədə, demək olar ki, üçdə bir nisbətində azalıb. Bundan əlavə, bu qrupun iştirakçıları orta hesabla 3,3 kq arıqlayıb və bel ölçüləri 3,6 sm azalıb. Digər qrupda isə bu göstəricilər müvafiq olaraq cəmi 0,6 kq və 0,3 sm olub.
Navarra Universitetinin professoru Migel Martinez-Gonzales əldə edilən nəticələrin əhəmiyyətini vurğulayıb.
"Əslində, kalori nəzarəti və fiziki aktivliyin Aralıq dənizi pəhrizinə əlavə edilməsi hər 100 nəfərdən təxminən 3-də diabetin inkişafının qarşısını aldı", – o bildirib.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı