Çəki itirmək əvəzinə kökəlmənizə səbəb olan BEŞ SƏHV

Çəki itirmək əvəzinə kökəlmənizə səbəb olan BEŞ SƏHVArıqlamağa çalışan bir çox insan elə səhvlər edirlər ki, bu səhvlər nəinki çəki itirməyə mane olur, hətta əlavə çəki yığılmasına səbəb ola bilər.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış rusiyalı endokrinoloq və diyetoloq, tibb elmləri namizədi Oksana Mixalyeva xəbərdarlıq edib.
O, ən geniş yayılmış səhvlər barədə məlumat verib.
"Ən böyük səhv qidalanmada həddindən artıq ciddi məhdudiyyətlərdir. İnsanlar tez arıqlamaq istəyərək, qəfildən kalori qəbulunu kəskin azaldırlar. Bu, metabolizmi yavaşladır və xüsusilə zülal çatışmazlığı zamanı əzələ kütləsinin itirilməsinə gətirib çıxarır. Adətən, normal qidalanmaya qayıtdıqdan sonra belə hallarda yağ kütləsi çox sürətlə bərpa olunur. Tez-tez 60-70 kq-dan başlayanlar bir neçə ildən sonra 100 kq və daha çox çəkiyə çatırlar", – deyə Mixalyeva izah edib.
İkinci tez-tez rast gəlinən səhv kimi o, pəhriz zamanı həddindən artıq spirtli içki qəbulunu qeyd edib. Müntəzəm spirtli içki qəbulu rasionun kalorililiyini artırır. Buna əlavə olaraq, onu çox vaxt yüksək kalorili qəlyanaltılarla birləşdirirlər.
Diyetoloqun sözlərinə görə, digər geniş yayılmış səhv, gün ərzində yalnız bir məhsul – kefir, yumurta və ya ət kimi monodiyeta adlanan pəhrizlərlə arıqlamağa çalışmaqdır.
"Belə pəhrizlər qida maddələrinin çatışmazlığına səbəb olur və maddələr mübadiləsini pozur. Kurs bitdikdən sonra sürətli çəki artımı baş verir", – deyə həkim xəbərdarlıq edib.
Fiziki aktivliyin əhəmiyyətinin lazımınca qiymətləndirilməməsi də bir səhvdir. Mixalyevanın izah etdiyi kimi, müntəzəm yükün olmaması əzələ itkisini gücləndirir və metabolizmi yavaşladır.
"Gün ərzində qida qəbulunu bərabər bölüşdürmək də vacibdir. Uzun müddət ac qalmaq və sonra sıx şam yeməyi arıqlamağı çətinləşdirir", – deyə mütəxəssis əlavə edib.

Sağlamlıq       Tarix: 25 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber sonxeber cəbhədən son məlumat xeberler