Dörd ölkə Azərbaycan qazının Suriyaya nəql olunması ilə bağlı birgə açıqlama yaydı
Azərbaycan, Qətər, Suriya və Türkiyə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı birgə açıqlama yayıb.
azxeber.com "Report"a istinadən xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə açıqlamada bu hadisə sözügedən 4 ölkə arasında əlaqələrin dərinləşdirilməsində mühüm addım kimi dəyərləndirilib.
Qeyd olunub ki, rekord müddətdə həyata keçirilən bu layihə Suriyanın münaqişədən sonra yenidən qurulması və normallaşması prosesi üçün mühüm əhəmiyyət kəsb edir:
"Türkiyənin Kilis əyaləti ilə Suriyanın Hələb şəhəri arasında uzanan və gündəlik 6 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malik bu yenilənmiş boru kəməri avqustun 22-də rəsmi olaraq fəaliyyətə başlayıb. Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə bu təşəbbüs çərçivəsində elektrik enerjisi istehsalına dəstək verməklə Suriya Ərəb Respublikasının bərpası və sabitləşməsi prosesinə sadiqliyini bir daha təsdiqləyir.
Hələb Elektrik Stansiyasına təbii qaz axınının başlanması ilə Suriyada elektrik təchizatı əhəmiyyətli dərəcədə artacaq. Bu təşəbbüs Suriya iqtisadiyyatının canlanmasına və insanların həyat şəraitinin yaxşılaşmasına bilavasitə töhfə verən mühüm humanitar addımdır.
Bundan başqa, ölkələrimiz regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyirlər".

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı