Dövlət agentliyi tabeliyindəki qoruqlardan nə qədər qazanc əldə edib?

Dövlət agentliyi tabeliyindəki qoruqlardan nə qədər qazanc əldə edib?Dövlət agentliyi tabeliyindəki qoruqlardan nə qədər qazanc əldə edib?
Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan qoruqları ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir. 
Bununla bağlı Agentlik məlumat yayıb.
Göstəricilərə əsasən, 2022-ci il ərzində DTA-nın tabeliyindəki qoruqlara pandemiyadan əvvəlki dövrdən daha artıq sayda bilet satışı olub. 
Hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki 8 qoruqdan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Kiş" Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir. Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun tərkibindəki Xan sarayı və bir neçə muzeyə, həmçinin "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki hamam-muzeyə və "Diri Baba" türbəsinə biletlə daxil olmaq mümkündür. 
Adları qeyd olunan qoruq və muzeylərə 2022-ci ildə ümumilikdə 341 253  bilet satılıb. Ziyarətçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub. Bu ziyarətçilərin 44 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub. (Ödənişsiz giriş haqqı olan ziyarətçilər qrupuna  məktəblilər, əlil və müharibə veteranları, qazilər, 12 yaşınadək xarici turistlər daxildir).
Ümumilikdə 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 693 164 manat vəsait əldə edilib ki, bu məbləğin də 258 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət büdcəsinə ödənilib. 
Qeyd edək ki, 2018-ci ildə Dövlət Turizm Agentliyi yaradıldıqdan sonrakı illərdə qurumun tabeliyinə verilən qoruqlara gələn turistlərin sayında artım müşahidə olunub. Belə ki, 2018-ci ildə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun 25 min ziyarətçisi olubsa, 2019-cu ildə bu rəqəm üç dəfədən çox artaraq 88 minə çatıb. Ötən ilin statistikasına görə, "Yanardağ"ı 110 mindən çox turist ziyarət edib. 
"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun 2018-ci ildə 77 mindən çox, 2019-cu ildə  147 minə yaxın, 2022-ci ildə isə 100 minə yaxın ziyarətçisi olub. "Yanardağ" və "Atəşgah"a gələn turistlərin əksəriyyətinin hər iki qoruğa girişə imkan verən kombinə bilet aldıqlarını nəzərə alsaq, ümumilikdə 2022-ci ildə "Yanardağ" və "Atəşgah"a gələn turistlər bilet üçün 1 milyon 271 min 298 manat ödəyiblər. 
Şəkidəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq qoruğunun biletlə keçid olan obyektlərində 2018-ci ildə 42 min ziyarətçi olsa da, 2019-cu ildə bu rəqəm iki dəfədən də çox artmaqla 107 mini keçib. Ötən il ərzində isə Şəkinin tarixi mərkəzini 141 mindən çox turist ziyarət edib. 
2019-cu ildə sözügedən qoruqların ümumilikdə 280 618 ziyarətçisi olub, bilet satışından isə 1 milyon 410 min manat vəsait əldə olunub. 2020-ci ildə pandemiya səbəbindən qoruq və muzeylər uzun müddət bağlı olması səbəbindən ziyarətçi sayı azalaraq 57 min nəfər olub və həmin il bilet satışından əldə olunan gəlir cəmi 310 min manat təşkil edib. 2021-ci ildə turizmin bərpası ilə DTA tabeliyindəki qoruqların 157 minə yaxın ziyarətçisi olub və  bilet satışından 400 min manata yaxın vəsait daxil olub. 
Qeyd edək ki, DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat, tələbələr üçün 1 manat təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 4-9 manat arasında dəyişir. "Yanardağ" və "Atəşgah" qoruğuna birgə kombinə biletləri 11 manat, "Yuxarı Baş" qoruğunda yerləşən muzeylərin və abidələrin hamısına giriş birgə 5 manat (xaricilər üçün 10 manat) təşkil edir. "Yanardağ" və "Basqal" qoruğunda 10 nəfər və daha çox turistdən ibarət qruplara 10 faiz endirim tətbiq edilir. 
Xatırladaq ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlara "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu,  "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu, "Kiş" Tarix-Memarlıq Qoruğu, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu və bu qoruğun tərkibindəki "Diri Baba" türbəsi daxildir. / oxu.az

Turizm       Tarix: 02 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər son xeberler 2026 zelzele xeberler