Dövlət ehtiyatlarının saxlanılması və buraxılması qaydaları müəyyənləşir

Dövlət ehtiyatlarının saxlanılması və buraxılması qaydaları müəyyənləşirAzərbaycanda dövlət ehtiyatlarının tədarükü, yerləşdirilməsi, saxlanılması və buraxılması qaydaları müəyyənləşdirilib.
KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət ehtiyatları haqqında" qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, strateji ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində dövlət ehtiyatları üzrə məsul orqan həyata keçirir.
Fövqəladə ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində Azərbaycanın mülki müdafiə sahəsində normativ-hüquqi aktları ilə vəzifələri müəyyən edilən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər, səfərbərlik ehtiyatları üçün malların tədarükünü isə sifarişçi qismində Azərbaycanın səfərbərlik hazırlığı sahəsində normativ-hüquqi aktları ilə vəzifələri müəyyən edilən dövlət qurumları və hüquqi şəxslər həyata keçirirlər.
Dövlət ehtiyatları üçün malların tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Dövlət ehtiyatlarına aid olan mallar daşıyıcı olan dövlətə məxsus hüquqi şəxslər tərəfindən, fövqəladə hadisələr və səfərbərlik zamanı isə həmin daşıyıcılarla yanaşı, digər daşıyıcılar tərəfindən növbədənkənar daşınır.
Dövlət ehtiyatlarına tədarük olunan texniki tənzimləmənin şamil olunduğu mallar texniki normativ hüquqi aktların tələblərinə cavab verməli, habelə həmin tələblərə cavab verməsini təsdiq edən müvafiq uyğunluq sertifikatlarına və ya uyğunluq bəyannamələrinə malik olmalıdırlar.
Qanun layihəsinə görə, ölkədə strateji ehtiyatlar dövlət ehtiyatları üzrə məsul orqan, habelə məsul saxlayıcılar tərəfindən yerləşdirilir və saxlanılır. Strateji ehtiyatlar məsul saxlayıcı qismində çıxış edən fiziki və hüquqi şəxslərlə dövlət ehtiyatları üzrə məsul orqan arasında bağlanılmış müqavilə əsasında saxlanılır. Strateji ehtiyatların saxlanıldığı yerlərin (anbarların) mülkiyyətçisi dəyişdikdə yeni mülkiyyətçi Mülki Məcəllənin tələblərinə riayət edilməklə 12 ay ərzində strateji ehtiyatların saxlanılmasını təmin etməlidir. Bu halda dövlət ehtiyatları üzrə məsul orqanla əvvəlki mülkiyyətçi arasında bağlanılmış müqavilənin şərtləri yeni mülkiyyətçiyə şamil edilir. Fövqəladə və səfərbərlik ehtiyatları bu Qanunla nəzərdə tutulmuş sifarişçilər tərəfindən yerləşdirilir və saxlanılır. Dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması məsul saxlayıcılar tərəfindən "Dövlət sirri haqqında" qanun ilə müəyyən edilmiş qaydada məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir. Dövlət ehtiyatlarına yerləşdirilən malların saxlanılma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.
Dövlət ehtiyatlarına aid olan malların buraxılması malların yeniləşdirilməsi; malların brondan çıxarılması; malların borc verilməsi; malların əvəzləşdirilməsi və bu qanunda nəzərdə tutulmuş digər əsaslar əsasında həyata keçirilir.
Bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə dövlət ehtiyatlarının buraxılması üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada həyata keçirilir.
Strateji ehtiyatların yeniləşdirilməsi və əvəzləşdirilməsi dövlət ehtiyatları üzrə məsul orqanın qərarı əsasında həyata keçirilir. Fövqəladə və səfərbərlik ehtiyatlarının yeniləşdirilməsi və əvəzləşdirilməsi (dövlət ehtiyatları üzrə məsul orqanın saxladığı fövqəladə ehtiyatlar istisna olmaqla) dövlət ehtiyatları üzrə məsul orqana və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməklə məsul saxlayıcılar tərəfindən həyata keçirilir. Dövlət ehtiyatları üzrə məsul orqan saxladığı fövqəladə ehtiyatların yeniləşdirilməsini və əvəzləşdirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməklə özü həyata keçirir.
Dövlət ehtiyatları üzrə məsul orqanla bağlanılan müqavilədə başqa hal nəzərdə tutulmadıqda, məsul saxlayıcılar saxladıqları strateji ehtiyatların yeniləşdirilməsini və əvəzləşdirilməsini haqqı ödənilməklə həyata keçirirlər.
Dövlət ehtiyatlarının borc verilməsi dövlət qurumlarının dövlət ehtiyatları üzrə məsul orqana müraciəti əsasında həyata keçirilir. Dövlət ehtiyatlarının borc verilməsinə dair qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla razılaşdırılmaqla dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən qəbul edilir.
Borc götürülən malın həcmi həmin malın dövlət ehtiyatındakı ümumi həcminin 30 %-indən, borc müddəti isə 12 aydan çox ola bilməz.
Strateji ehtiyatların brondan çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir.
Fövqəladə və səfərbərlik ehtiyatlarının brondan çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər tərəfindən həyata keçirilir. Dövlət qurumları və hüquqi şəxslər dövlət ehtiyatları üzrə məsul orqana brondan çıxarılan mallar barədə məlumatı (malların adı, ölçü vahidi və həcmi) ən geci 1 ay müddətində təqdim etməlidirlər.
Brondan çıxarılan mallar yeniləşdirilə və dəyişdirilə bilməz.
Bu qanunda göstərilən təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir.
Bu qanunda göstərilən təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması dövlət ehtiyatları üzrə məsul orqanın rəyi (dövlət ehtiyatları üzrə məsul orqanın saxladığı dövlət ehtiyatlarına aid olan mallar istisna olmaqla) nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı ilə həyata keçirilir. Bu məqsədlə dövlət ehtiyatlarına aid olan malları buraxan məsul saxlayıcılar dövlət ehtiyatları üzrə məsul orqana bu barədə məlumatı (malların adı, ölçü vahidi və həcmi) ən geci 1 ay müddətində təqdim etməlidirlər.
Eyni zamanda, dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri müəyyənləşdirilib. Bunlar aşağıdakılardır:
– strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək;
– strateji ehtiyatların və Azərbaycanın mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü eləcə də, təchizatçıların seçilməsini təmin etmək;
– strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Sosial       Tarix: 20 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com qarabag dunya xeberleri kriminal bugun