Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında anlaşma memorandumu imzalandı

Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında anlaşma memorandumu imzalandıAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında "Əməkdaşlıq və birgə fəaliyyət haqqında" Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutmuşdur.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən imzalanmış sənədin əsas məqsədi müxtəlif istiqamətlərdə birgə nəzəri və praktiki yönümlü tədbirlərin reallaşdırılması vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən gənclər siyasəti sahəsində görülən işlərə töhfə verməkdən ibarətdir.
Memorandumda və tərəflərin təsdiqlədiyi "Fəaliyyət planı"nda əksini tapmış müddəalara əsasən gənclər təşkilatlarının nümayəndə və rəhbər heyəti, eləcə də magistr təhsili alan tələbələr üçün "I İnkişaf Məktəbi" adlı ixtisasartırma kursunun və Təlim Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur.
Bununla yanaşı hər iki qurumun beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində gənclər üçün beynəlxalq mübadilə proqramlarında iştirak imkanlarının yaradılması, gənclər təşkilatları nümayəndələrinin Akademiyanın nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərinin fəaliyyətində yaxından iştirakına dair razılaşma əldə edilmişdir.
Anlaşma Memorandumundan irəli gələrək, Fondun rəhbər nümayəndələrinin tələbə heyəti üçün mühazirələrinin təşkili, Fond tərəfindən həyata keçirilən təcrübə proqramlarında magistr təhsili alan tələbələrin daha geniş iştirakının təmini və ümumilikdə Azərbaycan gənclərinin peşəkar inkişafı, gənclər siyasətinə dair mövcud vəziyyət və bu sahədə görülməsi məqsədəmüvafiq olan tədbirlər barədə birgə tədqiqatların aparılması, ölkəmizdə həyata keçirilən gənclərlə iş sahələrində elmi araşdırma və akademik məqalələrin hazırlanmasına metodik dəstəyin göstərilməsi əsas fəaliyyət istiqaməti kimi təsdiq edilmişdir.
Anlaşma Memorandumu dövlət gənclər siyasətindən irəli gələn çağırış və vəzifələrin icrası məqsədilə iki qurum arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımdan vacib rol oynayacaqdır.

Sosial       Tarix: 19 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber idman xeberleri sou biznes xeberler bugun