Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü
Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evində uşaqlardan birinin müəllim tərəfindən döyülməsi hadisəsini nəzarətə götürüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı yanvarın 18-də Dövlət Komitəsinin Uşaq şöbəsinin müdiri və psixoloqu həmin müəssisəyə yollanıblar: "Bu gün həmin müəssisədə monitorinq keçirilib. Dövlət Komitəsinin əməkdaşları orada uşaqların saxlanılması şəraiti ilə tanış olublar. Uşaq hüquqlarının müdafiəsi çərçivəsində uşaqlara qarşı ehtiyaclarının təmin edilməsi istiqamətində meyarların qiymətləndirilməsi aparılıb. Uşağın sağlamlığı ilə bağlı müayinələr aparılıb və ona psixoloji yardım göstərilib. Hazırda məsələ nəzarət altındadır. Həmin müəssisənin rəhbərliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində araşdırmalar davam etdiriləcək".
Qeyd edək ki, Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və videogörüntülər yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin yaydığı məlumatda bildirilib ki, hadisə ötən ilin dekabr ayında baş verib. Qeyd olunub ki, məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb