Dövlət Komitəsinin təşəbbüsü ilə xüsusi poçt markaları buraxıldı
Dövlət Komitəsinin təşəbbüsü ilə xüsusi poçt markaları buraxıldı
Azərbaycan diasporunun fəaliyyətini özündə əks edirən poçt markaları buraxılıb.
Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin təşəbbüsü ilə "Bir olaq, Həmrəy olaq", "Vətən uzaqda deyil" şüarlarının yazıldığı markalarda müxtəlif ölkələrdə Azərbaycan diasporunun keçirdiyi aksiyalardan fotoşəkillər əks olunub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan diasporu xüsusi mütəşəkkillik göstərərək bir sıra ilklərə imza adbı. İlk növbədə, 23 fevral 2020-ci il tarixdə Almaniyanın paytaxtı Berlində 30 ölkədən 1300 nəfərdən çox soydaşımızın iştirakı ilə baş tutan Ümumavropa Qarabağ mitinqi keçirilib.
Mitinqdə 17 dildə çıxışlar olub, şüarlar səsləndirilib, yerli və beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətləri barədə bir daha məlumatlandırılıb.
Daha sonra isə COVID-19 ilə mübarizədə soydaşlarımız istər xaricdə çətinliyə düşmüş azərbaycanlılara dəstək göstərilməsində, istərsə də ölkəmizdə yaşayan aztəminatlı ailələrə maddi yardımların edilməsində xüsusi aktivlik nümayiş etdiriblər.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərimizlə bitən Vətən Müharibəsi dövründə dünya azərbaycanlıları birlik və həmrəyliyini daha da möhkəmləndirib.
İşğalçı Ermənistanın 12 iyul 2020-ci il tarixli Tovuz təxribatı zamanı və 44 günlük Vətən Müharibəsi dövründə soydaşlarımız dünyanın müxtəlif ölkələrində fərqli formatlarda 180-dan çox aksiya keçirilib, beynəlxalq təşkilatlara, dövlət və hökumət başçılarına, parlamentarilərə 1000-lərlə bəyanat, müraciət ünvanlayaraq Azərbaycan dövlətinin haqq səsinə səs veriblər.
Adıçəkilən tədbirlərdən şəkilləri özündə əks etdirən xüsusi poçt markaları da soydaşlarımızın gələcək fəaliyyətinin təşviqi məqsədilə buraxılıb.

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına