Dövlət Xidməti məktəblini təltif etdi - FOTOLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Xidmətin Sabunçu rayon şöbəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, məktəbin direktoru İradə Bayramova və məktəbin kollektivi iştirak edib.
Məktəbin yuxarı sinif şagirdlərinin də iştirak etdiyi tədbiri keçirməkdə məqsəd "Şahinlər" hərbi-idman oyunlarında həmin məktəbi təmsil edən komandanın kapitanı Ayan Həsənovanın AK-74 avtomat silahının sökülüb-yığılmasında xüsusi bacarıq göstərdiyini nəzərə alaraq təltif edilməsi olub. Ayan Həsənovanın avtomat silahını gözü bağlı şəkildə həmyaşıdlarından daha tez söküb, həmçinin yığması sosial şəbəkələrdə geniş müzakirə olunub. Ona bu bacarığına görə Xidmət rəisinin adından fəxri fərman və hədiyyələr təqdim edilib.
Məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov da pedaqoji fəaliyyətində fərqləndiyinə və şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsini yüksək səviyyədə təşkil etdiyinə görə fəxri fərmanla təltif edilib.
Qeyd edək ki, görüş zamanı yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılmasının vacibliyi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.







Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu