DSX-nın Xüsusi Məktəbinə qəbul imtahanları başa çatıb - YENİLƏNİB

DSX-nın Xüsusi Məktəbinə qəbul imtahanları başa çatıb - YENİLƏNİBDSX-nın Xüsusi Məktəbinə qəbul imtahanları başa çatıb - YENİLƏNİB
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunub.
Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanlar saat 12:00-da başlayıb və 90 dəqiqə ərzində aparılıb.
İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 30 sual olmaqla, ümumilikdə 60 qapalı tipli tapşırıq təqdim edilib.
İmtahan nəticələrinin sabah günün ikinci yarısında DİM-in saytı vasitəsilə elan olunması nəzərdə tutulur.
İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.
09:23
Dövlət İmtahan Mərkəzi bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirəcək.
Mərkəzdən verilən məlumata görə, şagirdlər və ya valideynlər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in saytından çap edə bilərlər.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 15 yanvar-28 fevral tarixlərində aparılıb. İmtahanlarda ümumilikdə 3 074 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.
İmtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunacaq.
İmtahanlar saat 12:00-da başlanır: "İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 11:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır".
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- tәhsil aldıqları mәktәb tәrәfindәn verilәn şәkilli arayış (arayışda şagirdin neçәnci sinifdә tәhsil aldığı da göstәrilir, arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir),
- İmtahana buraxılış vərəqəsi;
-"İmtahan iştirakçısının sağlamlığı" haqqında bəyannamə (Bəyannamə "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
İmtahan qaydalarına aid "Yaddaş kitabçası" ilə buradan tanış olmaq mümkündür.
Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
· Azərbaycan dili;
· Riyaziyyat.
Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir. İmtahanların keçirilməsi üçün 16 imtahan binası ayrılıb. İmtahanların idarə olunmasına 35 imtahan rəhbəri, 16 ümumi imtahan rəhbəri, 319 nəzarətçi-müəllim, 32 buraxılış rejimi əməkdaşı ayrılıb. İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar. /oxu.az

Sosial       Tarix: 14 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar