Dünya Bankının diqqəti QARABAĞDA - AÇIQLAMA

Dünya Bankının diqqəti QARABAĞDA - AÇIQLAMA"İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yaranmış regional kommunikasiya əlaqələrinin açılması imkanları Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar yaradacaq".
KONKRET.az xəbər verir ki, bu barədə Trend-ə Dünya Bankından bildirilib.
Qeyd olunub ki, Cənubi Qafqaz Asiya ilə Avropa arasında tarixi ticarət yollarının kəsişmə nöqtəsində yerləşir. Son bir neçə onillikdə Cənubi Qafqazdan keçən marşrut digər alternativ tranzit marşrutları qədər sərfəli olmayıb, lakin Orta Dəhliz adlandırılan layihəyə diqqətin artması ilə Cənubi Qafqazda nəqliyyat şəbəkələrinin inkişafı daha aktual və cəlbedici olur.
"İkinci Qarabağ müharibəsinin başa çatması ilə yeni nəqliyyat və regional iqtisadi əlaqələrin bərpa olunması imkanları xeyli genişlənib. Bunun, nəqliyyat və logistikanın səmərəliliyinin əhəmiyyətli dərəcədə artmasına, avtomobil nəqliyyatına alternativ olaraq dəmir yolu nəqliyyatının daha geniş yayılmasına, yük və sərnişin daşımalarının artırılması və istixana qazı emissiyalarının qarşısının alınması ilə yanaşı, həm də yüklərin idarə edilməsi və logistika kimi nəqliyyatla əlaqəli sektorlarda Cənubi Qafqaz üçün yeni iqtisadi imkanların yaranacağına səbəb olacağı gözlənilir", – bankdan bildirilib.
Vurğulanıb ki, Orta Dəhliz regional dövlətlərin və digər maraqlı tərəflərin səyləri nəticəsində əhəmiyyəti artan dinamik marşrut olmaqda davam edir.
"Multimodal nəqliyyat marşrutuna Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa və Çinlə birləşdirən limanlar, dəmir yolları və avtomobil yolları daxildir. Dəhlizin inkişafını təşviq etmək üçün onun xidmət göstərdiyi ölkələr 2017-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutları Assosiasiyasını yaradıblar, infrastrukturun təkmilləşdirilməsi isə bu ticarət dəhlizinin iqtisadi səmərəliliyini artıraraq, əlaqəni yaxşılaşdırmağa və malların daşınmasını sadələşdirməyə davam edir", – bankdan əlavə ediblər.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (və ya Orta Dəhliz) Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir.

Sosial       Tarix: 21 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az son xeberler cəbhədən xəbərlər sonxabar iqtisadiyyat xeberleri bugun