Dünya böyük müharibə astanasında - Yaxın Şərqdə vasitəçilik etmək istəyən dövlətlər gözə dəymir

Dünya böyük müharibə astanasında - Yaxın Şərqdə vasitəçilik etmək istəyən dövlətlər gözə dəymirYaxın Şərqdə baş verənlər dünya ictimaiyyətini narahat edir və müharibənin tezliklə başa çatması üçün səylər göstərilir. Amma qarşıdurma getdikcə daha da kəskinləşir və hər gün yüzlərlə insan həlak olur. İsrail HƏMAS qüvvələrini dağıtmaq üçün Qəzzanı hədəfə alıb, nəticədə atılan raketlər dinc insanların ölümünə səbəb olur. Və bu müharibənin region dövlətlərinə də təsirsiz ötüşməyəcəyi güman edilir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Yaxın Şərqdəki müharibənin Cənubi Qafqaza təsirinə dair bir sıra fikirlər mövcuddur:
Dünya böyük müharibə astanasında - Yaxın Şərqdə vasitəçilik etmək istəyən dövlətlər gözə dəymir"Ermənistan bu müharibədən dünyada artan gərginlik fonunda öz xeyrinə istifadə etməyə çalışır. Digər tərəfdən, İranın da bu və ya digər formada baş verən proseslərdə rolu var. Düzdür, rəsmi Tehran münaqişədə iştirakını təkzib edir. Amma məlumdur ki, HƏMAS ilə yanaşı, Livanda Hizbullah qruplaşması da İranla əlaqəli fəaliyyətini davam etdirir. İsrailin İranı vurma ehtimalı hazırda elə də yüksək deyil. Çünki İran açıq şəkildə proseslərə müdaxilə etmir və kifayət qədər ehtiyatlı davranır. Lakin arxa fonda dəstək mesajları ötürülür. Digər tərəfdən, qeyd edək ki, İsrail və HƏMAS arasındakı müharibəyə digər geopolitik aktorların qoşulması Yaxın Şərqdən bütün dünyaya yayılan böyük bir müharibənin başlanğıcı ola bilər. Məhz bu səbəbdən ABŞ İsraili dəstəkləsə də, həm də onları müharibədən çəkindirməyə çalışır. Məhz bu səbəbdən Yaxın Şərqə aviadaşıyıcının göndərilməsi baş verdi. ABŞ bütün gücü ilə çalışır ki, digər oyunçular müharibənin birbaşa iştirakçısı olmasın. Lakin məsələnin əlbəttə ki, təəssüf doğuran məqamı ondan ibarətdir ki, vasitəçilik etmək niyyətini ifadə edən dövlətlər gözə dəymir. Sadəcə kifayət qədər ehtiyatlı davranan dövlətlər var".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 20 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler xeber.az bu gun sonxeber az