Dünya çempionatı: Əhməd Yusifov monqolustanlı rəqibini məğlub etdi - FOTO

Dünya çempionatı: Əhməd Yusifov monqolustanlı rəqibini məğlub etdi - FOTOAzərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
KONKRET.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Monqolustan təmsilçisi Tumenjarqal Tuvşinturu məğlub edib.
***
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
KONKRET.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 final mərhələsində Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edərək növbəti mərhələyə yüksəlib.
Balabəy Ağayev 1/8 finalda ABŞ təmsilçisi Conatan Yanqla qarşılaşacaq.

***
Azərbaycan cüdoçusu Şəfəq Həmidova Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
KONKRET.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakaloya məğlub olub.

***
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
KONKRET.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk günündə qadınlar arasında 48 kq, kişilər arasında isə 60 kq çəki dərəcələrində mübarizə aparılacaq.
Azərbaycan millisinin dörd üzvü yarışın ilk günündə tatamiyə çıxacaq.
48 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onun rəqibi Çilini təmsil edən Mari Di Varqas Ley olacaq.
Kişilərin 60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda belaruslu Artsiom Kolasau ilə ukraynalı Dilşot Xalmatov arasındakı görüşün qalibi ilə qarşılaşacaq. Əhməd Yusifovun rəqibi isə özbəkistanlı Baxrom Boturovla monqolustanlı Tumenjarqal Tuvşintur arasındakı duelin qalibi olacaq.
Oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın iştirak edəcək.
Azərbaycan fərdi yarışlarda 13 çəki dərəcəsi üzrə 24 cüdoçu ilə təmsil olunacaq. Onlardan 17-si kişi, 7-si qadındır. Milli komandamız oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da mübarizə aparacaq.

İdman       Tarix: 04 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

İspaniyanın ən yüksək maaş alan idmançısı

Fernando Alonsonun "Aston Martin" komandası ilə yeni müqaviləsi onu baza maaşının məbləğinə görə İspaniyanın ən yüksək ödəniş alan idmançısına çevirib. -a istinadən xəbər verir ki, komanda 45 yaşlı pilotun müqaviləsini

Dünya çempionatı: Əhməd Yusifov monqolustanlı rəqibini məğlub etdi - FOTO

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib. xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Monqolustan təmsilçisi Tumenjarqal Tuvşintur

Formula 1: bu gün Azərbaycan Qran-prisinə start veriləcək

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.  bildirir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək. Bundan əlavə, "Formula 2″də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək

Dünənki məğlubiyyətdən sonra istefa verdi

Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Villi Sanyol (Willy Sagnol) vəzifəsini tərk edib. APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib. Məlumata əsasən, yığmanı

Ronaldo ilə görüşə bilərlər

Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jesus Portuqaliya Futbol Federasiyasının (FPF) hücumçu Kriştiano Ronaldo ilə görüşmək təklifini qəbul edib. xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb

Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə oyundakı nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb. report-a istinadən xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında deyib. O, Bakıda Lixtenştey

Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi

"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün nəticələri bəlli olub. xəbər verir ki, "Red Bull" komandasının pilotu Maks Ferstappen sessiyanı ən yaxşı göstərici ilə tamamlayıb. "Mersedes"də

Ronaldo millinin düşərgəsini tərk edib

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığma komandanın düşərgəsini tərk edib. xəbər verir ki, 40 yaşlı hücumçu baş məşqçi Jorje Jezusun mətbuat konfransından sonra düşərgədən ayrılıb. Ronaldo bir neçə saat sonr

Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?

UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində bu gün keçiriləcək Türkiyə – Fransa matçına canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, oyun Azərbaycanda "CBC Sport", Türkiyədə isə AT


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az bu gun az xeber cəbhədən görüntülər cəbhədən şad xəbər