Dünya dağılır - İş adamlarından yeni yaradılacaq fondlara pul tutulacaq

Dünya dağılır - İş adamlarından yeni yaradılacaq fondlara pul tutulacaqİqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda keçirilən "Azərbaycanda Yaşıl Tikinti" mövzusunda dəyirmi masada vurğulayıb ki, bəzi hesablamalara görə, 2020-2025-ci illərdə iqlim dəyişmələri ildə 1 trilyon ABŞ dolları, 2025-2030-cu illərdə isə ildə 1,4 trilyon ABŞ dolları maliyyə çatışmazlığı yaradacaq.
"İqlim dəyişmələrinin yaratdığı maliyyə çatışmazlığını yalnız dövlətlərin hesabına aradan qaldırılması mümkün görünmür. Özəl sektorun da maliyyə çatışmazlığının aradan qaldırılmasına cəlb olunması vacibdir. Amma bu məsələdə dövlət də dəstək göstərməlidir".
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, iqlim dəyişikliyi ilə bağlı miflər və reallıqlar mövcuddur:
"Dünya mediasında və müxtəlif hesabatlarda yayılır ki, dünyada iqlim dəyişiklikləri böyük investisiyaların yatırılmasını tələb edir. Bunun üçün də müxtəlif fondlar yaradılır. Bu fondlar vasitəsilə az inkişaf etmiş, kasıb ölkələrə iqlim dəyişikliyindən dəyən ziyanın sığortalanması üçün müəyyən vəsaitlər toplanır. Özəl sektorun da bu sahəyə qoşulması ilə ehtiyat mənbələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Amma miflər ondan ibarətdir ki, yığılan vəsaitin hara və necə xərclənəcəyi ilə bağlı açıq-aydın proqram yoxdur. Bu günə qədər iqlim dəyişikliyi adı altında fondlara yüz milyardlarla vəsait toplanıb. Amma bu vəsaitin dünya miqyasında necə xərclənməsi ilə bağlı şəffaf hesabat görməmişik".
Onun sözlərinə görə, iqlim dəyişikliyinin insan faktoruna bağlı olması birbaşa sübut olunmayıb.
"Ciddi ekoloji problemlər var, amma bu iqlim dəyişikliyi ilə eyni şey deyil. Bəzi hallarda iqlim dəyişikliyi insan faktoru olmadan tarixi proseslərlə müşahidə olunur. Bəşər sivilizasiyasının olmadığı dövrlərdə belə qlobal istiləşmə, buzlaşma olub. Bunun insan faktoruna birbaşa bağlı olması sübut olunmayıb".
İqtisadçı bildirib ki, maliyyə vəsaitləri konkret proqramlara və layihələrə əsasən hesablanıb xərclənməlidir:
"Dünya üzrə harda imkan varsa, günəş panelinə keçməli, günəş enerjisinin daha çox generasiyasının təmin edilməsi və s. bu məsələlər daha çox öndə olmalıdır. Hansısa mifik hadisələrin, proseslərin qarşısını almaq üçün mənasız yatırımlar edilməməlidir.
Trilyonlarla yatırım barədə həyəcan təbilləri çalınır ki, vəsaitlər harda istifadə olunacaq, hara xərclənəcək? Bu, iqlim dəyişikliyinin qarşısını necə alacaq, Afrikaya necə kömək edəcək?
Asiyanın kasıb ölkələrində bu, hansı irəliləyişə səbəb olacaq? Çox suallar var ki, hələ də açıqdır. Ona görə də bu məsələ o qədər ciddidir ki, burada mifləri və reallıqları bir-birindən ayırıb, konkret layihələr üzrə maliyyə yatırıb işləmək lazımdır".
İqtisadçı özəl sektorun marağının da nəzərə alınmasının məqsədəuyğun hesab edir:
"Dövlətlər tərəfindən elə təkliflər verilməli, vergi güzəştləri edilməli, faizsiz kreditlər təqdim edilməlidir ki, onlar iqlim dəyişikliyi və ekoloji problemlərin həllində layihələrin həyata keçirilməsində könüllü olsunlar. Maddi maraq olmasa, heç kim yatırım etməz. Ona görə də maddi maraq yaratmaq, onları stimullaşdırmaq üçün dünya üzrə qanunvericilik bazası dəyişdirilməldir"
Aygün Mirakif
KONKRET.az

Sosial       Tarix: 30 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son.xabar xeber.az bu gun xeber.az