Dünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTO

Dünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTO
Filippinin Şərqi Mindoro sularında batmış "Princess Empress" tankerindən axan neft sızıntısı 6,2 km uzanıb.
Bu barədə "Greenpeace" ətraf mühitin müdafiəsi təşkilatının Filippin bölməsi məlumat yayıb.
"Greenpeace"in Filippindəki fəalı Cefferson Çua sızmanın davam edəcəyi təqdirdə 800 min litr mazutun hamısının ətrafa dağılacağı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu hadisə Filippin tarixində ən dəhşətli fəlakətlərdən hesab edilən Gimarasda neft sızıntısını üstələyir.
Qeyd edək ki, 2006-cı ildə Gimaras adasının yaxınlığındakı Panay körfəzində tankerin batması nəticəsində 500 000 litrdən çox bunker yanacağı ətrafa dağılıb. Nəticələri tamamilə aradan qaldırmaq üçün hökumətə illər lazım olub.
"Greenpeace" xəbərdarlıq edir ki, cari sızma çoxlu dəniz canlısının yaşadığı Verde-Aylendə çata bilər. Ekoloqlar bunun iqtisadiyyat və turizm baxımından ağır nəticələri barədə xəbərdarlıq ediblər.
Filippin hökuməti artıq Yaponiya və ABŞ-dən kömək istəyib. Yaponiya kömək çağırışına səkkiz nəfərlik komanda göndərməklə cavab verib.
Qeyd edək ki, fevralın 28-də Şərqi Mindoro əyalətində sənaye məqsədləri üçün 800 min litr mazut daşıyan tanker batıb. Neft sızıntısı əyalətin 10 bələdiyyəsinə təsir edib, həmçinin Antik, Palavan və Romblon da daxil olmaqla digər adalara çatmış ola bilər. 20 min hektar mərcan rifi, 9,9 min hektar manqrov, 6 min hektar yosun sahəsinə təsir göstərə biləcək fövqəladə vəziyyətin səbəblərinin araşdırılması gözlənilir. Batan tankerin təxminən 400 m dərinlikdə olduğu güman edilir, lakin səlahiyyətlilər dağıntılara çata bilmədiklərini və sızıntının qarşısını ala bilmədiklərini bəyan ediblər.
Dünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTODünya ekologiyası daha bir böyük təhlükə ilə üz-üzə - FOTOMənbə: TASS / oxu.az

Turizm       Tarix: 14 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes meherremlik 2026 valyuta mezennesi banklar kriminal xeber