Dünya güclərinin erməni sevgisi - ABŞ konqresmeninin separatçılara təbrik məktubu

Dünya güclərinin erməni sevgisi - ABŞ konqresmeninin separatçılara təbrik məktubuDünyada baş verən siyasi hadisələr Cənubi Qafqaz regionuna da təsirsiz ötüşmür. Daha doğrusu, dünya güclərinin bizim regiona təsiri müxtəlif effekt verir. Qərbin və Rusiyanın Cənubi Qazfqaza marağı və siyasi müstəvidə qarşıdurmanın mərkəzinə çevirilən region, həm də siyasi poliqona dönüb. İndi, həm Qərb, həm də Rusiya siyasətçiləri Cənubi Qafqazda öz varlıqlarını sübuta yetirmək üçün ayrı-ayrı platformalarda müxtəlif bəyanatlar verməklə məşğuldurlar.
Əsasən siyasi gündəmə hesablanan bu cür bəyanatlar həm də ictimai rəyə hesablanıb. Rusiyadan, daha sonra Fransa və ABŞ-dan gələn bəyənatlar bütün hallarda bizim üçün təhdid xarakteri daşıyır. Bir mənalı şəkildə erməniləri dəstəkləyənlər bütün hallarda Azərbaycan əlehinə çıxışlar edirlər. Erməni dostlarına hər cür yardım edən Qərb və Rusiyanın siyasi baxışları fərqli olsa da, iki dünya nəhəngi biri-birilərinə qarşı düşmənçilik siyasəti aparsalar da, Rusiya ABŞ-ın sanksiyaları altında son nəfəsini versə də, erməni məsələsində tərəflər həmrəydir. Deməli, xristian təəsübkeşliyi və erməni sevgisi Qərbdə və Rusiyada geniş vüsət alıb.
Azərbaycanın suveren ərazisini tanıyan və hörmət etdiyini dəfələrlə bildirən dövlətlərin bu gün Azərbaycan əlehinə apardığı kampaniyanın kökündə məhz həmin amillər dayanır. Separatçılara dəstək verən qüvvələr onları silahlı münaqişəyə ilhamlandırmaqla regionda sülhə əngəl törədirlər. Heç bir ölkənin qəbul etmədiyi və Azərbaycanın suveren ərazisi kimi tanınan Qarabağda bir qrup terroristin "parlamentinə yeni seçilən sədrə" isə təbrik məktubunun ABŞ-dan gəlməsi məsələnin başqa tərəfindən xəbər verir.
ABŞ Konqresmeni Bred Şerman Qarabağda üzdəniraq qurumun "parlamentinə", şəxsən həmin erməniyə təbrik məktubu göndərib.
Bax belə, Azərbaycanla Ermənistanı sülhə dəvət edən və Cənubi Qafqazda stabillik yaratmaq istəyən bir ölkənin konqresmeni Azərbaycan ərazisindəki separatçılara dəstək nümayiş etdirir. Fransa Ermənistanı müdafiə etdiyini gizlətmir. Rusiyanın mövqeyi isə hər kəsə bəllidir. Deməli, Azərbaycan 28 il bu ölkələrdən ədalət umub. Amma tarixi ədalət onlarsız bərpa edilib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 10 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele