Dünya təhlükə altında: Nəhəng dəlik yarandı

Dünya təhlükə altında: Nəhəng dəlik yarandıAntarktika üzərindəki ozon dəliyi özünün illik pik nöqtəsinə çatıb. Hazırda o, son illərin ən geniş və əsas dərin ozon dəliyidir.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Xəbərlər Xidməti məlumat yayıb.
Bu il Cənubi Yarımkürədəki ozon dəliyi avqustun ortalarından bəri sürətlə böyüyərək oktyabr ayının əvvəllərində pik həddə çataraq 24 milyon kvadrat kilometrə çatıb. Bu son on ilki orta göstəricidən yüksəkdir. İndi o, demək olar ki, bütün Antarktika ərazisini əhatə edir.
Ozon tərkibi 220 Dobson vahidindən aşağı olan ozon təbəqəsi Antarktika üzərində hər il əmələ gəlir. Lakin ozon dəliyinin ölçüsü və görünmə vaxtı ilbəil dəyişir.
95 Dobson vahidi üzrə ən aşağı ozon tərkibi bu il oktyabrın 1-də qeydə alınıb. Alimlər hesab edirlər ki, ozon təbəqəsinin tükənməsi miqyasına görə 2020-ci ilin pik həddinə çatıb.
"2020-ci ilin ozon dəliyi 2018-ci ildə müşahidə etdiyimiz kifayət qədər böyük olan dəliyə bənzəyir...", - deyə "Kopernik" Atmosfer Monitorinqi Xidmətinin direktoru Vinsent-Anri Pex məlumat verib. O, daha sonra əlavə etdi ki, Cənubi Qütbündə ilin işıqlı vaxtının başlaması səbəbindən son həftələrdə ozon qatının daha da tükənməsi müşahidə olunur.
"Xüsusi meteoroloji şəraitin 2019-cu ildə yaratdığı qeyri-adi kiçik və qısamüddətli ozon tükənməsindən sonra bu il yenidən kifayət qədər böyük ozon dəliyi qeydə alınıb ki, bu da Monreal protokoluna ciddi riayət olunmasının zəruriliyini bir daha təsdiqləyir", - deyə Vinsent-Anri Pex əlavə edib.
Monreal protokolu bir sıra ozon dağıdıcı kimyəvi maddələrin istehsalını və istifadəsini qadağan edir. Bu günədək xlorftoluqrerodlar da daxil olmaqla 100-dən çox oxşar maddə "qara siyahıya" daxil edilib. Lakin bu maddələrin bir neçə onillik ərzində atmosferdə qalması səbəbindən onların konsentrasiyası hələ də kifayət qədər yüksəkdir. Bunun nəticəsində də ozonun dağılma prosesi davam edir.
2018-ci ildə alimlər belə qənaətə gəliblər ki, planetin ozon təbəqəsi bərpa olunur və bu, qlobal istiləşməni ləngidə bilər. Onların fikrincə, onun bərpa olunma sürəti on il ərzində 1-3 faiz təşkil edir. Belə ki, ozon qatı bu templə Şimal Yarımkürəsi üzərində 2030-cu ildə, Cənub Yarımkürəsi üzərində 2050-ci ildə, qütüblər üzərində isə 2060-cı ildə tam bərpa olunmalıdır.
Ekspertlər 2020-ci ildə Antarktika üzərində Böyük ozon dəliyinin yaranmasını güclü, sabit və soyuq qütb qasırğası ilə əlaqələndirirlər.
Ozon təbəqəsi dünyanı günəş radiasiyasından xilas edir. Ultrabənövşəyi radiasiya isə melanomanın və digər dəri xərçənglərinin yaranmasına səbəb olur.

Dünya       Tarix: 08 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 enson xeberler xeberler az sonxabar