SON DƏQİQƏ: Tramp danışığı Xamenei ilə yox, onunla aparmalıdır - İranda qərarı kim verir?

SON DƏQİQƏ: Tramp danışığı Xamenei ilə yox, onunla aparmalıdır - İranda qərarı kim verir?İranda hərbi və siyasi qanadlar arasında fikir ayrılıqları fonunda gərginlik yenidən gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qərarları və İran İslam İnqilabı Keşikçiləri Korpusunun sərt bəyanatları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı açıqlamada "tam döyüş hazırlığı" vəziyyətində olduqlarını bəyan edib. Quruma görə, istənilən yeni hücum halında regiondakı hədəflərə "gözləntiləri aşan sarsıdıcı zərbələr" endiriləcək.
Bu bəyanat qurumun yaradılmasının ildönümü ilə əlaqədar səsləndirilib.
Eyni zamanda, Böyük Britaniyanın Dəniz Ticarəti üzrə təşkilatının hesabatına əsasən, İran Hərbi Dəniz Qüvvələri xəbərdarlıqlara məhəl qoymayan konteyner gəmisinə atəş açıb. Hadisə bölgədə dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Digər tərəfdən, Axios nəşrinin məlumatına görə, Donald Tramp İranda hərbi dairələrlə danışıqlar aparan mülki nümayəndələr arasında yaranan fikir ayrılığı səbəbindən atəşkəs müddətini uzatmaq qərarına gəlib. ABŞ rəsmisinin sözlərinə görə, İran daxilindəki parçalanma son günlər daha açıq şəkildə hiss olunmağa başlayıb və bu şəraitdə diplomatik səylərə əlavə vaxt verilməsi məqsədəuyğun hesab edilib.
Məlumata əsasən, SEPAH generalları ilə mülki danışıqlar aparan tərəf arasında strateji məsələlər üzrə ciddi fikir ayrılığı mövcuddur ki, bu da mümkün razılaşmaların taleyini sual altına alır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 22 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xabarlar cəbhədən son xeber cəbhədən ən son xəbər