Dünyada 2023-cü il daxil olmayan yerlər - FOTO
Dünyada 2023-cü il daxil olmayan yerlər - FOTO
"38 yaşımdan 40 yaşa bir neçə ay fasilə ilə keçdim, bir neçə dəfə 41 yaşında oldum, sonra yenidən iki dəfə 40 yaşlı oldum".
Bunu "Duz və Kədər Evi" kitabının müəllifi Erin Kreyq insanların müxtəlif təqvimlərə görə zamanı yaşamasına aid məqaləsində qeyd edib.
Onun sözlərinə görə, dünyada insanlar fərqli təqvimlərlə yaşayırlar və bəziləri üçün bu, qeyri-adi ad günü ilə nəticələnir.
"Hazırda bütün dünyada 2023 yeni başlayıb. Amma Myanmaya gedirsinizsə, 1384-cü ilə qayıdacaq, Tailandda isə 2566-ya keçə bilərsiniz. Efiopiyalılar 2015-ci ilə girmək üzrədirlər, çünki bir ili 13 ay hesablayırlar".
Kreyq təqvimin bəzən hətta eyni ölkədə yaşayanlar üçün fərqli olduğunu bildirib.
"Bu gün ibadət edən mərakeşli üçün 1444-cü ildəyik, amma fermerlər üçün 2972-ci ildir".
Yazıçı yaşadığı Cənubi Koreyada yeni ili hər kəsin öz ad günü kimi qeyd etdiyini bildirib.
"Bu, mənim necə oldu ki, 40 yaşıma üç dəfə girdiyimi izah edə bilər. Belə ki, cənubi koreyalılar 1 yaşında doğulurlar. Beləliklə hər kəsin yerli və beynəlxalq (sıfırdan başlayaraq) təqvimlə iki rəsmi yaşı var. Bundan əlavə, yanvarın 1-də bütün ölkə birlikdə daha bir yaşlarını qeyd edirlər. Beləliklə, üç fərqli yaşda olursan. Bundan əlavə, koreyalılar şəxsi ad günlərini Qriqorian təqvimi və ya ənənəvi Ay təqvimi ilə qeyd etməyi seçə bilərlər. Texniki cəhətdən mən ad günümü 6 dəfə qeyd edə bilərdim, amma kim 40 yaşı olduğuna bu qədər xoşbəxt ola bilər ki?" – deyə Kreyq sözlərini bitirib.


Mənbə: BBC / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR