Dünyada bir ilk: İnsanlar üçün həyati əhəmiyyətli donuz yetişdirildi, sınaqlar başlayır - FOTO
Dünyada bir ilk: İnsanlar üçün həyati əhəmiyyətli donuz yetişdirildi, sınaqlar başlayır - FOTO
İlk dəfə olaraq orqanları sonda orqanizm tərəfindən rədd edilmədən insanlara köçürülə biləcək geni dəyişdirilmiş donuz yetişdirilib.
Bu barədə Yaponiyanın Meydzi Universitetinin nəzdində fəaliyyət göstərən "PorMedTec" şirkəti məlumat yayıb.
Bildirilir ki, ksenotransplantasiya (heyvan orqanlarının insan orqanizminə köçürülməsi) məqsədi ilə geni dəyişdirilmiş donuzların yetişdirilməsi üçün müvafiq texnologiya əvvəlcə ABŞ-də yerli biotexnologiya şirkəti tərəfindən hazırlanıb. Yaponiyada isə mütəxəssislər ABŞ-dən gətirilən hüceyrələrdən istifadə edərək donuz balasını uğurla klonlaya biliblər.
"Biz donuz balasının sağ-salamat doğulmasından məmnunuq, lakin bu, yalnız başlanğıcdır. (Ksenotransplantasiyanın) Yaponiyada klinik istifadəsi ilə bağlı müzakirələrin irəliləməsini səbirsizliklə gözləyirik. Biz ilk növbədə təhlükəsizliyə diqqət yetirməklə tədqiqatlarımızı davam etdirəcəyik, həmçinin etika ilə bağlı məsələlərin müzakirəsi davam edəcək", - deyə Meydzi Universitetinin professoru Hiroşi Naqasima vurğulayıb.
Bildirilib ki, artıq 2024-cü ildə yapon mütəxəssislər geni dəyişdirilmiş donuzdan meymunun bədəninə orqanların köçürülməsinə (bu, insan orqanizminə transplantasiya arasında aralıq mərhələdir) başlamağı gözləyirlər.
Xatırladaq ki, 2023-cü ilin payızında ABŞ-də geni dəyişdirilmiş donuzun ürəyinin son mərhələdə ürək çatışmazlığı olan şəxsin bədəninə köçürülməsi üçün dünyada ikinci əməliyyat həyata keçirilib. Əməliyyat pasiyentə daha altı həftə yaşamağa imkan versə də, sonda 58 yaşlı kişi dünyasını dəyişib.
Əməliyyatı həyata keçirən Merilend Universitetinin mütəxəssisləri etiraf ediblər ki, köçürülən ürək sonda orqanizm tərəfindən rədd edilməyə başlayıb.
İmmunitet sisteminin xarici toxumaları rədd etməsi faktı ilə uzun müddətdir ki, ksenotransplantasiyaya mane olur. Bioloqlar bu problemi həll etməyə yalnız son onilliyin əvvəlində gen mühəndisliyi sayəsində yaxınlaşıblar.
Eyni zamanda, müvafiq tədqiqatlar mübahisələrlə, ilk növbədə etik mübahisələrlə müşayiət olunur.



Mənbə: TASS / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib