Dünyada ən faydalı məhsullardan biri - KƏTAN TOXUMU
Hələ dahi Hippokrat soyuqdəymə və iltihablar zamanı kətan toxumunun dəmləməsini içməyi tövsiyə edirdi.
Kətan toxumu unikal kimyəvi tərkibə malikdir. Onun tərkibində olan nadir liqnan maddələri orqanizmə güclü antioksidant, virus və iltihabəleyhinə təsir edir, xərçəng şişlərinin inkişafının riskini azaldır.
Kətan toxumu sümüklərin sağlamlığı üçün çox faydalıdır - sümüklərin normal böyüməsi və inkişafını təmin edir. Bu xüsussiyyətə görə mütəxəssislər kətan toxumunu uşaqlara verməyi tövsiyə edirlər.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kətan toxumu qanda xolesterinin miqdarını aşağı salır, ürək və damarların sağlamlığı üçün çox faydalıdır.
Kətan toxumunun tərkibində möcüzəvi Omeqa-3 maddəsi var ki, bu maddə damarlarda trombların əmələ gəlməsinin riskini azaldır və bununla da insult və infarktan qoruyur.
Həmçinin Omeqa-3 əsrimizin bəlası olan depressiyanı müalicə etməyə yardım edir.
Kətan toxumu maddələr mübadiləsini yaxşılaşdırır, çəkini azaltmağa kömək edir, orqanizmi şlak və toksinlərdən təmizləyir.
Kətan toxumu klimaks dövründə olan qadınların vəziyyətini xeyli yaxşılaşdırır.
Kətan toxumunun daim istehlakı dərinin vəsiyyətini yaxşılaşdırır, dərini daha cavan və elastik edir. Kətan toxumu ilə üz maskaları əla effekt verir. 1 x.q. üyüdülmüş toxum az miqdarda qatıq (yağlı dəri zamanı) və ya xama (quru dəri zamanı) ilə qarışdırırlır, dəriyə çəkilir, 20 dəqiqədən sonra yuyulur.
Öskürək, bronxit zamanı kətan toxumunun dəmləməsi nəfəs yollarını çox yaxşı təmizləyir.
Kətan toxumunu əzib və ya üyüdüb istənilən qidalara, salatlara və s. əlavə etmək olar. Qatığa əlavə olunmuş kətan toxumu tanınmış arıqladıcı vasitədir.
Diqqət! Mütəxəssislər hamilə qadınlara və bağırsaq keçirməməzliyindən əziyyət çəkənlərə kətan toxumunu qəbul etməyi tövsiyə etmirlər.
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ