Dünyada NEFTİN ucuzlaşma SƏBƏBİ və Azərbaycana TƏSİRİ - ŞƏRH
Həftə ərzində dünyada neftin qiymətləri təxminən 10 dollar aşağı düşüb. Nə Rusiyanın dəniz vasitəsilə yanacaq ixracına embarqo, nə də "OPEC +"un neft çıxarılması ilə bağlı 2024-cü il üzrə kvotasının ixtisarı mümkün olub. Ekspertlərin fikrincə, neftin qiyməti 12 % ucuzlaşıb və bu tendensiya davam edəcək.
KONKRET.azxəbər verir ki, 11 dekbra kimi Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçersləri 1 barelə görə 76 dollardan aşağı düşüb. Bu rəqəm 2021-ci ilin 21 dekabrından bəri ən minimal hədd sayılır. WTI markalı neftin yanvar fyuçersi isə 1 barelə görə $71.63-ə enib.
Neftin ucuzlaşması perspektiv qeyri-müəyyənliyi və qlobal iqtisadiyyatdakı yanacaq tələbatı fonunda gedir:
– Ümumdünya inflyasiya tarixin rekord səviyyəsindədir;
– Koronavirus məhdudiyyətlərinə görə enerji resurslarına tələbat azalıb;
Qiymət ucuzlaşmasında açar rolu oynayan bu 2 faktordan başqa, ABŞ və Avropa İttifaqının Rusiya neftinin satışı və tariflərinə müdaxiləsi də təsir gücündədir. Əslində Rusiya yanacağına qoyulan qadağalar enerji resurslarının bahalaşması anlamı verməli idi, çünki Qərb idxal bazarını daraldanda məhsulun qiyməti bahalaşmalıdır. Amma "OPEC +" ölkələri neft çıxarılmasını azatsa belə, indiki halda qiymət artımı gözlənilmir. Ən yaxşı halda 2023-də 1 barelin dəyəri 80 dollara yüksələ bilər. Lakin bunu da rədd edən faktlar mövcuddur:
– Rusiya minimal qiymətlərlə neft eksportu barədə düşünür;
– Alıcı cəlb etməyə hesablanan endirimlər Rusiya iqtisadiyyatına ağır zərbə ola bilər;
Bəs Azərbaycana təsiri?
2023-cü il büdcəsində neftin qiyməti 50 dollar götürülüb. Hazırda isə neft bu rəqəmdən baha satılır. Neftin qısamüddətli ucuzlaşması ciddi təhlükə yaratmır. Lakin neftin qiyməti büdcədə nəzərdə tutulandan aşağı ($50) düşsə və bu eniş uzunmüddətli olsa, mənfi təsirlər qaçılmazdır.
Natiq Səlim,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var