Dünyanı bürüyən Korona virusu nədir? - Azərbaycana keçə bilərmi?

Dünyanı bürüyən Korona virusu nədir? - Azərbaycana keçə bilərmi?Korona virusu ilə bağlı son ölüm xəbərləri gəlməyə davam edir. Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan virus dekabrdan bu yana yüzlərlə can alıb. Virusun quruluşunu tədqiq edən elm adamı Leo Poon, bu virusun bir heyvanda yarandığını və insanlara yayıldığını təxmin etdiyini söyləyib.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bütün dünyada gündəm olan virus haqqında ən çox verilən sual onun necə virus olması və simptomlarının nə olması ilə əlaqədardır.
Virus haqqında danışan Leo.P bildirib ki, korona virusu haqqında bildiyimiz odur ki, pnevmaniyaya səbəb olur, daha sonra bir çox yeni virus kimi antibiotik müalicəsinə cavab vermir. Korona virusu heyvanlar arasında geniş yayılmış böyük bir viruslar qrupudur.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən verilən məlumata görə, nadir hallarda alimlərin zoonotik adlandırdıqları hadisə baş verə bilər. Beləliklə, virus heyvanlardan insanlara ötürülə bilər.
Bu günə qədər virus haqda bilinənlər
-Çinin Wuhan bölgəsində ortaya çıxıb
-Təsirlənən insan sayı 440-dan çoxdur
-Virusdan 9 nəfər dünyasını dəyişib
- Dəqiq müalicəsi tapılmayıb, lakin yüngülləşdirici müalicələri var
Ümumdüya Səhiyyə Təşkilatı bu xəstələrin necə izləniləcəyi, xəstələrə necə davranılacağı və səyahət edəcəkləri ölkələrə necə hazırlıqlı gedə biləcəkləri haqqında məqalə hazırlayıb.
Simptomları ümumən soyuqdəyməyə bənzər şəkildə, xəfif yaxud orta dərəcədə xroniki yuxarı tənəffüs xəstəliyi olan insanları daha tez təsiri altına sala bilir. Korona virusu simptomları arasında burun axması, öskürək, boğaz, baş ağrısı və bir neçə gün davam edən qızdırma var.
İmmunitet sistemi zəif olan yaşlılar və uşaqlarda virus, pnevmoniya və ya bronxit kimi daha ciddi tənəffüs xəstəliyinə çevrilmək şansına malikdir.
Ümumdünya Səhiyyə Təşkilatına görə Korona virusu tənəffüs problemlərinə səbəb olsa da, ishal, yorğunluq, nəfəs darlığı, tənəffüs çətinliyi və böyrək çatışmazlığına səbəb ola bilər. Xəstənin yaşından asılı olaraq, SARS ilə ölüm nisbəti 0-50% arasında dəyişir, yaşlılar ən həssas xəstələrdir.
Müalicəsi varmı?
Korona virusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə yox olur.Həkim resepti ilə alınan ağrı kəsicilər və ya antipiretik dərmanlar simptomları rahatlaşdıra bilər. ABŞ rəsmi sağlamlıq mərkəzi CDC bildirib ki, isti duşun boğaz ağrısı və ya öskürək üçün yaxşı təsir edə bilər. .
Bol maye içmək, mümkün qədər dincəlmək və yatmaq.Əgər simptomlar standart bir soyuqdəymədən daha pis görünürsə, həkiminizlə məsləhətləşin.
Necə qorunmalı?
Bu virusdan qorunmaq üçün heç bir peyvənd yoxdur. Xəstələnən insanlardan uzaq durmaqla yoluxmanın qarşısını almaq olar. Göz, burun və ağzınıza toxunmaqdan çəkinin. Əllərinizi tez-tez sabunla ən azı 20 saniyə yuyun.Xəstə olsanız insan kütləsi çox olan yerlərə getməyib, yaxın təmasda qaçın. Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu örtün və toxunduğunuz əşyaları, səthləri dezinfeksiya edin.
Qeyd edək ki, Azərbaycan ərazisində bu virusa yoluxma halı qeydə alınmayıb. Lakin Çinə və virus təhlükəsi olan digər ölkələrə səyahət edən şəxslər maksimum səviyyədə ehtiyatlı olmalıdırlar.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 24 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler