Dünyanı gəzdi, Azərbaycandakı bilet qiymətlərindən narazı qaldı - Deputat həmin turistlə görüşdü

Dünyanı gəzdi, Azərbaycandakı bilet qiymətlərindən narazı qaldı - Deputat həmin turistlə görüşdü"Taina Liekari finlandiyalı turistdir. Ginnesin rekordlar kitabına düşmək üçün 40 min km piyada olaraq ölkələri gəzməlidir. Madrid şəhərindən başlayıb və bu günə kimi 6 min km qət edib". 
Bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, o Gürcüstanda olarkən "Qırmızı Körpü"dən keçərək gəlmək istəyib, amma quru sərhədlərimiz bağlı olduğu üçüb Bakıya təyyarə ilə gəlməli olub:
"Bileti min manatdan baha alıb və narazı qalıb. Sonra maşınla Bakıdan Qazaxa gedib və yarımçıq qalan marşrutunu "Qırmızı Körpü"nün Azərbaycan tərəfindən davam etdirib. 
Mən həm millət vəkili olaraq, həm də Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olaraq Bakıdan Qazaxa 500 km məsafə qət edərək, Tiana Liekarini Qazax şəhərində ziyarət etdim və xeyli söhbət etdik. Çox razı qaldı və inana bilmirdi ki, bir deputat, partiya sədri 500 km qət edərək onu görməyə və qayğıları ilə maraqlanmağa gəlib. Çox şad oldu".
R.Nurullayev əlavə edib ki, bu hərəkəti ilə Azərbaycan dövləti ölkəmizdə olan hər bir xarici vətəndaşa, turistə hörmətlə yanaşdığını bildirmək istəyir:
"Ona dedim ki, artıq Turizm Agentliyinə də xəbər etmişəm və onlar da məsələdən xəbərdardırlar. Artıq Turizm Agentliyi onun üçün Qazax-Bakı yolu boyunca turizm marşrutu üzrə məlumat hazırlayıb və mənə göndərib. Mən də onu Taina Liekariyə təqdim etdim.
Məndən xahiş etdi ki, bir gün onunla piyada məsafə qət edim və yaxın günlərdə 40-50 km məsafəni onunla birlikdə qət edəcəm.
Bakıya çatan zaman da lazimi köməkliklər göstərəcəyik. Hər gün əlaqə saxlayaraq qayğıları ilə maraqlanacam. Onun bloqunu xeyli insan izləyir və qeyd edirlər ki, Azərbaycana gəlmək istəyirlər. Onun üçün də bizim də borcumuz onlara Azərbaycan qonaqpərvərliyini göstərməkdir". / azxeber.com

Siyasi       Tarix: 03 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda