Dünyanın ən maraqlı festivalı: Ölülər Günü - FOTO/VİDEO
Dünyanın ən maraqlı festivalı: Ölülər Günü - FOTO/VİDEO
Hər il oktyabrın sonunda Meksikada asteklərdən qalma çox qəribə festival keçirilir. Ölülər Günü (Dia de Muertos) adlanan festivalda insanlar skelet təsvirləri olan qorxulu geyimlər geyinirlər. Lakin Helloindən fərqli olaraq bu festivalın məqsədi qorxutmaq deyil, ölənləri sevinclə yad etməkdir.
Bu il oktyabrın 31-dən noyabrın 2-dək qeyd olunan festival bütün Meksikada, xüsusən də paytaxt Mexiko şəhərində rəngarəng səhnələrin şahidi olub. Ölənlərin sevinclə yad edilməsi və xatirələrini yaşatmaq məqsədilə təşkil edilən festivalın rəsmi açılışı oktyabrın 31-də keçirilən paradla başlayıb. Daha sonra yaşlı-kiçik, qadın-kişi hər kəs öz rəngarəng geyimləri ilə küçələri doldurub.
Ölülər günündə qayıtdığına inanılan ruhlar üçün qohumları tərəfindən bir çox yerdə "ofrenda" adlı qurbangahlar qurulur. Mərhumun sağ ikən sevdiyi yeməklər, içkilər, əşyalar, ailə fotoşəkilləri, çiçəklər və ətirlər qurbangahlara qoyulur. Bundan əlavə, qurbangahların üzərinə mərhumun adı yazılmış şəkər kəllələri də qoyulur.
Qeydetmələr çərçivəsində qəbiristanlıqlar da rəngli görüntülərə səhnə olur. Meksikalılar sevdiklərinin məzarlarını şam və çiçəklərlə bəzəyirlər. Gətirdikləri yeməklərlə piknik təşkil olunur. Yerli incəsənət ustaları mahnılar oxuyur, rəqs nömrələri nümayiş olunur. Bəziləri hətta qəbiristanlıqda gecələyir.
Qeyd edək ki, bu bayram 2008-ci ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib.














Mənbə: Haber Global / oxu.az
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu