Düşünürsünüz ki, omba yekəldib, dodaq şişirdəndə kişi bəyənəcək?
"Son 10 ildiri qadınlar aşırı gözəllik sindromuna tutulub. Sosial şəbəkədə buna görə yetəri qədər problem yaşandığını görürük. Həkimlərin çoxunun sertifakı əlindən alındı, adları siyahıda olmadı. Bundan sonra bəzi qadınlarda geriyə addım atma oldu. Bilmirəm başqa ölkədə necədir. Amma xarici ölkəni gəzəndə oradakı qadınların bizdəki qədər gözəllik arxasına düşdüyünü görmürük".
azxeber.com xəbər verir ki, bu sözləri Rövşanə Ağasəfqızı aparıcısı olduğu "Danışır Rövşanə" proqramında deyib.
O, plastik-əməliyyatların fəsadlarından bəhs edib:
"Mütləq dodaq, yanaq şişməlidir? Bıçaq altına düşüb, sonradan problem yaşamaq lazımdır? Nə qədər adam plastik əməliyyata görə problem yaşadı, həkim həbs edildi. Baxırsan ki, normaldır, qadının hər şeyi yerindədir, niyə? Bəhsəbəsdir? Ailədə yaşadığı acıdır? Həyat yoldaşı, yoxsa rəfiqəsi təhrik edir ki, mütləq bədənşəkilləndirmə etdirib, sinə, arxa böyütməlisən? Bunlar baha başa gəlir. Plastik- cərrahların qısa vaxtda varlanmasını gördük. Həkimlərin dövlətini hesablamaq olmur. Kiçik əməliyyat nə qədər bahadı. Nə vacibdir?
20 il əvvəl belə idi? Sevəndə, aşıq olan da var idi. Gözəl ailələr qurulurdu, gözəl qadınlar var idi. Hər kəs individual idi. İndi qadınlar bir-birinə bənzəyir. Bir-birindən ayrımaq olmur. Vacibdir fındıq burun olsun? Şişmiş dodaqlarınız olsun? Kimə görə edirsiniz? Kiçik toxunuş hamıya gərəkdir. Yaşlanmaq istəmir qadınlar. Amma sizin etdiyiniz gözəl deyil. Baxanda şoka düşürsən ki, bel nazik, arxa nə boyda? Bu gözəllik deyil, iyrənc, eybəcərdir. Düşünürsüz ki, kişiləri cəlb edirsiz? Yanılırsız".
Xidmetler [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu