DYP-dən yükdaşıma qaydalarına pozan sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma qaydalarına pozan sürücülərə xəbərdarlıq edib.
İdarədən azxeber.com-a daxil olan xəbərdarlıqda deyilir:
"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yükdaşıma qaydalarına pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir. Yüklərin daşınması zamanı nəqliyyat vasitələrinin nəzərdə tutulmuş normadan artıq yüklənməsi hallarının doğurduğu fəsadlar, o cümlədən yol örtüyünün vaxtından tez sıradan çıxması, yolun deformasiyaya uğraması nəticəsində qəza riskinin dəfələrlə artması, digər hərəkət iştirakçıları üçün real təhlükə yaranması və sair neqativ hallar barədə dəfələrlə xəbərdarlıq edilməsinə, maarifləndirmə xarakterli tədbirlər görülməsinə baxmayaraq, təəssüf ki, yenə də müvafiq tələbləri pozan sürücülərə rast gəlinir.
İdarə bir daha yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalıdır.
Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə həmin şəхslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcək".
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var