DYP sürücülərə və piyadalara MÜRACİƏT ETDİ
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) AVRO-2020-nin iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Danimarka - Çexiya qarşılaşması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Azxeber.com xəbər verir ki, müraciətdə deyilir:
"Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilməsi nəzərdə tutulan sonuncu oyunu çərçivəsində yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ziya Bünyadov istiqamətində hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk, Böyük Şor bulvarı, Atletlər kəndi və Heydər Əliyev Prospekti istiqamətində hərəkət edən sürücülər isə 5 saylı "ASAN Xidmət"in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar.
Qeyd edək ki, həmin əraziyə Təşkilat Komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələri daxil ola bilərlər. Sürücülərdən xahiş edilir ki, futbolun keçiriləcəyi gün ərzində ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar:
"Bir daha vətəndaşlardan pandemiya ilə əlaqədar nəzərdə tutulmuş qaydalara əməl etməyi xahiş edirik. Əlavə olaraq qeyd etmək istəyirik ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun Qara Qarayev stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaqlar".
Danimarka - Çexiya matçı saat 20:00-da başlayacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundu
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR
Ermənistan bu dəmir yolunun bərpasına başladı