"Əcnəbi turistlərin ölkəyə cəlb olunması üçün daha çox ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunmalıdır"

"Əcnəbi turistlərin ölkəyə cəlb olunması üçün daha çox ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunmalıdır""Bildiyiniz kimi, iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib. Videokonfransın əsas məqsədi ölkə üzrə turizm sektorunun pandemiya ərəfəsində gördüyü mənfi təsirlər və eləcə də postpandemiya dövründə atılacaq addımların müzakirəsi idi".
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransı şərh edərkən deyib.
"Əcnəbi turistlərin ölkəyə cəlb olunması üçün daha çox ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunmalıdır"O bildirib ki, 2020-ci ilin yanvarından etibarən turizm sektoru ortalama 195 milyard ABŞ dolları itirib:
"İlk öncə qeyd etmək istəyirəm ki, turizm sektoru pandemiyada ən çox zərər çəkmiş sektorlardan biridir. Dünya Turizm təşkilatının məlumatına əsasən ümumdünya səviyyəsində 2020-ci ilin yanvarından etibarən turizm sektoru ortalama 195 milyard ABŞ dolları itirib. Bu isə sektorun təqribən 25% kiçilməsinə səbəb olacaqdır. Buna səbəb əsasən pandemiya müddətində ölkələrarası turizm, hava nəqliyyatı və sərhədlərin bağlanmasıdır. Təbii ki, burada ən önəmli məsələ insanların sağlamlığıdır. Faktiki olaraq bu gün düşünəcəyimiz əsas məsələ bu problemlərin ortadan qaldırılması və postpandemiya dövründə atacağımız addımlardır. İlkin olaraq bu qeyri-ənənəvi vəziyyətdə dövlət turizm sektorunda çalışan şirkətlərin zərərlərini kompensasiya etmək üçün davamlı addımlar atılmalıdır. Düşünün ki, aylar öncə yay istirahətlərini müxtəlif ölkələrdə planlaşdıran insanlar üçün şirkətlər müəyyən turpaketlər, aviabiletlər satıblar. Lakin vəziyyətdən asılı olaraq vətəndaşlar istirahətə gedə bilmədikləri üçün haqlı olaraq şirkətdən öz ödədikləri ödənişi geri istəyirlər".
"Əcnəbi turistlərin ölkəyə cəlb olunması üçün daha çox ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunmalıdır"Ekspert bu durumda şirkətlərin də qarşılaşdıqları problemlərin olduğunu qeyd edib və pandemiya şəraitində çıxış yollarını göstərib:
"I. Alınan aviabiletlərin ödənişi hava yolu şirkətləri tərəfindən geri qaytarılmır. Sadəcə sərhədlərin açılanacağı tarixə qədər təxirə salınıb, əvəzlənə biləcəyi bildirildi. Eyni şəkildə otel və s., bu kimi ödənişlər. Təbii ki, bu bir çox problemlərə yol açdı ki, burada ən çox zərər görən də turizm şirkətləri oldu.
II. Turizm sektorunda çalışan işçilərin əməhaqqısının dövlət tərəfindən qarşılanmasıdır. Düzdür, bu sahədə müəyyən addımlar atılıb. Şirkətlərdə ixtisarların olmaması üçün işçilərin maaşı qədər müəyyən kompensasiyalar ödənilib. Lakin düşünürəm ki, bu, bir-iki ay yox, pandemiya bitənə qədər olan dövrü əhatə etməlidir. 
III. Turizm sektorunun postpandemiya sonrası strategiyaları hazırlanmalıdır. Bu strategiyalara bəzi önəmli məsələlər xüsusilə daxil edilməlidir. Məsələn, turizm sektorunda çalışan şirkətlərə, otellərə, eyni şəkildə hava yolları şirkətlərinə xüsusi güzəştli, böyük məbləğdə kreditlər ayrılmalıdır.
"Əcnəbi turistlərin ölkəyə cəlb olunması üçün daha çox ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunmalıdır"Bu sahədə çalışan bütün müəssisələr qalxma periodu bitənə qədər gəlir vergisindən azad olunmalıdır və daxili turizmin inkişafı və eləcə də, dünya səviyyəsində tanıdılması üçün müəyyən addımlar atılmalıdır. Eləcə də, əcnəbi turistlərin, xarici ölkə vətəndaşlarının ölkəyə cəlb olunması üçün daha çox ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunmalıdır. Ekoturizmin inkişafı da çox önəmlidir. Ekoturizmin inkişafı üçün bütün mümkün ssenarilər proqnozlaşdırılmalı, konkret inkişaf planı hazırlanmalıdır". 
Təhməz Təkin
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 03 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar valyuta mezennesi hava kriminal xeber