Əfqanıstan – Azərbaycanın da səfirlik açacağı bu dövlətin rolu yeni dünyada nə olacaq?

Əfqanıstan – Azərbaycanın da səfirlik açacağı bu dövlətin rolu yeni dünyada nə olacaq?2024-cü ildə Azərbaycan Əfqanıstanın paytaxtı Kabildə öz səfirliyini açacaq və bununla da diplomatik münasibətlər bərpa ediləcək. Öz növbəsində Qazaxıstan Talibanı ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib. Bakı və Astananın bu addımlarının arxasında nə dayanır? Əfqanıstanın beynəlxalq siyasətə tam qayıdışından danışmaq olarmı?
Tacik jurnalist və politoloq Fəxrəddin Xolbekin fikrincə, Qazaxıstanın hərəkətləri tam məntiqlidir: "Birincisi, Qazaxıstan Əfqanıstanın ticarət tərəfdaşlarından biridir. 2022-ci ildə ticarət dövriyyəsi təxminən 1 milyard dollara çatıb ki, bu da əvvəlki illərlə müqayisədə bir neçə dəfə çoxdur.
İkincisi, Qazaxıstan Əfqanıstan böhranında əsas rol oynamır. Talibanın nə daxili, nə də xarici siyasəti ondan asılı deyil.
Üçüncüsü, terror qruplaşmalarının məsələləri KTMT çərçivəsində həll oluna bilər. Qazaxıstan yaxşı bilir ki, bəzi vətəndaşları Əl-Qaidə və İŞİD kimi terror təşkilatlarında mühüm vəzifələr tutur. Məsələn, Əl-Qaidə kəşfiyyatının rəhbəri, Sübhanullah ləqəbli şəxs milliyətcə qazaxdır. O, Qazaxıstanda 2022-ci ilin yanvar hadisələrinin təşəbbüskarlarından biri olub.
Dördüncü – ən mühüm amil isə Qətərdir. Unutmamalıyıq ki, Qətərin Əfqanıstanda və ola bilsin ki, Mərkəzi Asiyada siyasətini amerikalılar, daha dəqiq desək, Mərkəzi Kəşfiyat İdarəsi müəyyən edir. Bunu Qətər əmirinin özü də təsdiqləyir. Ona görə də Qətər ofisi Talibanın xarici siyasətinin müəyyənləşdirilməsində mərkəz rolunu oynayır. Qətər və Qazaxıstan arasında hərbi əməkdaşlıq haqqında sazişi nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılması amerikalılarsız həyata keçirilməyib. Bununla belə, hesab edirəm ki, Qazaxıstan üçün ən vacibi iqtisadi əməkdaşlıq və Qətər investisiyalarıdır. Orta Asiya ölkələri, necə deyərlər, doğru zamanda doğru yerdə olmalıdır".
Qazax politoloq və hüquqşünas Ruslan Tusupbekovun fikrincə, Astana uzun müddətdir Kabili legitim hökumət hesab edir. Qazaxıstan BMT-nin Talibanı terror təşkilatları siyahısından çıxaran qərarını dəstəkləyib: "Hesab edirəm ki, düzgün addımdır. Rusiya Taliban nümayəndə heyətini Moskvaya dəvət edir və prezident rəsmi siyasi tədbirlərdə onlarla ünsiyyət qurur. Baxmayaraq ki, Rusiya hələ də Talibanı terror təşkilatları siyahısından çıxarmayıb. Bizdə də Əfqanıstanda hakimiyyət başında olan Talibanla mehriban qonşuluq münasibətlərinin qurulmasını düzgün hesab edirəm".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 31 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntüleri krimnal bugun cəbhədən son durum