Əgər erməni Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirsə, bunu top-tüfənglə qarşılamaq lazım deyil' - Deputat

Əgər erməni Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirsə, bunu top-tüfənglə qarşılamaq lazım deyil' - Deputat"Biz vətəndaş olaraq bu məsələlərə təmkinli yanaşmalıyıq. Əgər Ermənistanda rasional düşünüb Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunlarına baş əyib vətəndaş kimi yaşamaq istəyirlərsə, bunu top-tüfənglə qarşılamaq lazım deyil".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı ermənilərin Azərbaycan vətəndaşlığı üçün müraciətlərinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Azərbaycan vətəndaşı ilə normal yaşamağa üstünlük verən insanların müraciətinə təmkinli yanaşmaq lazımdır:
"Çünki reallıq var. Biz başqa xoşagəlməz, arzuolunmaz prinsiplərə söykənən dövlət deyilik. Məsuliyyətli və ciddi dövlətik. Baxın, Cənab Prezident də 44 günlük müharibədə erməni faşistlərini darmadağın etdi. Hazırda da Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çox ciddi fəaliyyət göstərir. Davamlı şəkildə bu istiqamətdə ciddi addımlar atır. Dünya da bunu normal qarşılayır. Yəni, söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir, burada qətiyyən güzəştə getmək olmaz. Mən də birmənalı şəkildə ərazi bütövlüyümüzün, suverenliyimizin tam mənada tərəfdarıyam. Bu gün ermənilərin kompakt yaşadığı yerdə Azərbaycanın suverenliyinin təmin edilməsinin ən barışmaz tərəfdarlarından biriyəm. Müharibədə iştirak etməyən, müharibədə əli olmayan və Köçəryan, Sarkisyan kimi faşist düşüncəli insanları qəbul etməyən, sonrakı müharibədə Paşinyanın müharibəsini qəbul etməyən və Azərbaycan vətəndaşı ilə normal yaşamağa üstünlük verən insanların müraciətinə təmkinli yanaşmaq lazımdır. Əlbəttə, son söz cənab Prezidentindir. Bir vətəndaş olaraq demək istəyirəm ki, bunun özü Azərbaycan dövlətinin gücünün etirafıdır. Ermənilər başa düşürlər ki, onların başqa çıxış yolu yoxdur. Azərbaycanla barışmalıdırlar. Qarabağda yaşayan ermənilər Azərbaycanın vətəndaşlığını qəbul etməlidirlər. Normal həyatlarını davam etdirməlidirlər. Bu cür düşünən insanlarla Azərbaycan dövləti qanunlarımız çərçivəsində münasibətini ortaya qoyacaq".
Deputat həmçinin vurğulayıb ki, vətəndaşlarımız bu cür məsələlərə aqressiv yanaşmamalıdırlar:
"Mən bu müraciətləri oxuyuram, tanış oluram. Təbii ki, bu, müəyyən prosedurlardan keçdikdən sonra həll olunan məsələdir. Lakin yenə deyirəm, istəməzdim ki, Azərbaycan vətəndaşları bu cür müraciətləri aqressiv qarşılasınlar. Çünki ermənilər bundan istifadə edəcəklər. Deyəcəklər ki, baxın, müraciət edirik, onlar bizlə birgə yaşamaq istəmirlər. Bizi inkar edirlər. Bu cür hallara yol verməmək üçün sosial şəbəkələrdə çox ehtiyatlı olmaq lazımdır".
Aydın Nuri

Sosial       Tarix: 08 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı

Nazir rəisi vəzifəsindən azad etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununl

Azərbaycanda benzin bahalaşacaq? - Tarif Şurası qərar verə bilər

Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qloba

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsus

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Sumqayıtda 57yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəl

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler enson xeberler cebheden xeber hava