"Əgər hava məkanını indi bağlamasanız..." - Zelenskidən Avropa ölkələrinə XƏBƏRDARLIQ
"Biz Rusiyaya qarşı müharibəni tək dayandıra bilmərik. Bunun üçün dünya xalqları gec olmadan birləşməlidir".
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Sky nuys"a müsahibəsində deyib.
O bildirib ki, Qərb dövlətləri mütləq Ukraynanın hava məkanını bağlamalıdır. Dövlət başçısı söyləyib ki, bunu tez bir zamanda etmək lazımdır: "Əgər bunu indi eləməsəniz, sonra gec olacaq və durum daha da pisləşəcək. İnanın mənə, proseslər belə davam etsə, nə vaxtsa hava məkanını bağlayacaqlar. Amma bu, milyonlarla insanın canı hesabına başa gələcək. Üçüncü dünya müharibəsi başlayacaq və yalnz bundan sonra Qərb ölkələri qadağa zonası elan edəcək. Bir daha deyirəm, onda gec olacaq. Rusiya bizim ölkəni işğal edə bilər, amma qalib gələ bilməz. Biz Putinlə danışmağa cəhd etdik, lakin bu, nəticə vermədi. Qərb isə təəssüf ki, nəsə etmədi".
V.Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə kifayətlənməyəcək: "İndi Qərb seçim etməlidir. 2 il sonra Qərb müharibə zonasına çevrilə bilər. Rusiya Avropanın mərkəzini bombalayanda "niyə vaxtında Ukraynanın hava məkanını bağlamadıq?"- deyə, özlərinə sual verəcəklər".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti