Əhalini sevindirəcək xəbər - Yanvarın 1-dən qüvvəyə minir
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətində ƏDV-dən azad ediləcək.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Mili Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu azadolma yerli avtobus istehsalına gətirib çıxaracaq:
"Nəzərə alsaq ki, Azərbaycan yaşıl iqtisadiyyat prinsipinə uyğun olaraq avtobuslar istehsal etmək niyyətindədir və paralel olaraq da bununla bağlı dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılıb. O zaman yeni vergi güzəştləri həmin avtobusların xərclərinin azalmasına gətirib çıxaracaq".
Deputatın sözlərinə görə, gözlənti ondan ibarətdir ki, bu güzəştlər bir tərəfdən də avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq: "Nəticə etibarı ilə ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin artmasını müşahidə edəcəyik. Bu güzəştlər eyni zamanda ictimai nəqliyyatda yeni qaydaların tətbiqinə imkan verəcək. Bu da ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün yeni imkanlar deməkdir "
Qeyd edək ki, yeni vergi güzşətləri 1 yanvar 2025-ci ildən qüvvəyə minəcək.
///İqtisadiyyat.az / azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır