Əhaliyə ŞAD XƏBƏR: Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlandı

Əhaliyə ŞAD XƏBƏR: Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlandıƏhaliyə ŞAD XƏBƏR: Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlandı
Azərbaycan Respublikası Prezidentinin "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (Fond) həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. 
Bununla bağlı Fonddan məlumat verilib.
Bildirilib ki, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb. 
Bununla əlaqədar, Fond vətəndaşların nəzərinə çatdırır ki, mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.
Müraciətlər "Elektron Hökumət Portalı" (www.e-gov.az) üzərindən Fondun "Elektron ipoteka və kredit zəmanət sistemi" (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək. 
Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə "ASAN Xidmət" mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı "ASAN Kommunal" və Sumqayıt "ASAN Xidmət" mərkəzləri vasitəsilə xidmət göstəriləcək.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə "1549" Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş yazılı və ya video-təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar  Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər. /oxu.az

Sosial       Tarix: 18 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər