Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması müharibə anonsudur? - EKSPERTDƏN AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
Digər tərəfdən, Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyədə keçirilən təlimdə iştirak edəcəklər.
Bəs bu təlimlərdən sonra hər hansısa bir müharibə gözlənilirmi?
Ehtiyatda olan polkovnik Şair Ramaldanov azxeber.com-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O deyib ki, bu müharibə anonsu deyil:
"Bu, bir müharibə mesajı deyil. Bu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işidir. Müdafiə Nazirliyi ilə mütəmadi olaraq hərbi vəzifəlilər təlimlərə cəlb edilir. Bu, həmişə belə olub. Bu da onlardan biridir. Əgər elə bir ciddi bir şey olarsa, onda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən əmr veriləcək. Hazırki isə planlı bir təlimdir. Bizim hərbi vəzifəlilər sabah müharibə olanda bilməlidir ki, nə etmək lazımdır".
Günel Hüseynli
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir