"Əhval-ruhiyyəsi aşağı olan şəxslərə depressiya diaqnozu qoyula bilməz" - Mərkəz direktoru

"Əhval-ruhiyyəsi aşağı olan şəxslərə depressiya diaqnozu qoyula bilməz" - Mərkəz direktoruBəzi insanlar əhval-ruhiyyəsi olmayanda elə hesab edirlər ki, depressiyadadırlar. Amma depressiyanın özünü çox aydın şəkildə göstərən əlamətləri var.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, depressiyada olan insanlarda ruh düşkünlüyü ən azı 2 həftədən çox müşahidə edilməlidir:
"Əgər insanda əhval-ruhiyyənin aşağı olması bir neçə gün davam edirsə, belə şəxslərə depressiya diaqnozu qoyula bilməz. Depressiya olan insanlarda maraq, zövq hissi azalır, enerji tükənir. Depressiya zamanı ya yuxusuzluq, ya da yatmağa meyillilik ola bilər. İştahın, ümumi aktivliyin artması və ya azalması ola bilər. Belə insanların intihar etməklə bağlı fikirləri də olur".
Depressiyanı çox ciddi xəstəlik sayan F.İsmayılov bildirib ki, Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası dünya ölkərində olduğu kimidir.
F.Ismayılov deyib ki, depressiyadan əziyyət çəkənlərin intihar etməməsi üçün vacib olan əsas şərtlər pozitiv düşüncənin olması, insanlarla müsbət, səmimi münasibətlərin qurulması, müsbət keyfiyyətləri olan insanlarla münasibətin qurulması və həkimə vaxtında müraciət etməkdir.
Mərkəz direktoru qeyd edib ki, depressiya qadınlar arasında daha çox müşahidə edilir: "Bu, qadınların emosional cəhətdən daha həssas olması, kişilərə nisbətən qadınların daha məsuliyyətli olmasıdır. Digər tərəfdən qadınlar kişilərə nisbətən daha çox zorakılığa məruz qalırlar. Məsələn, ailə dağıldıqda kişi bunu faciə kimi qəbul etmir, amma bu qadın üçün çox çətin olur".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 18 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi xabarlar sonxeber az son.xeberler