Ekspert: ABŞ-nin mümkün əməliyyatı baha başa gələ bilər

Ekspert: ABŞ-nin mümkün əməliyyatı baha başa gələ bilər"ABŞ-nin İran yaxınlığındakı adalarda mümkün quru əməliyyatı ciddi itkilərlə nəticələnə bilər".
Bunu Bu sözləri azxeber.com-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.
O deyib ki, İran ətrafındakı adalara quru əməliyyatı ABŞ üçün əhəmiyyətli itkilərlə nəticələnə bilər:
"İran ətrafındakı adalara quru əməliyyatı və onların ələ keçirilməsi ABŞ üçün əhəmiyyətli itkilərlə nəticələnə bilər. Hər şey İranın hazırlığı və savaş gücünün effektivliyindən asılıdır. ABŞ bunu əvvəlcədən dəqiq hesablamalıdır. Belə əməliyyat planlaşdırılarkən ordu siyasi rəhbərliyə müxtəlif icra variantları təqdim edir və mümkün itkilər müzakirə olunur. Əgər bu itkilər strateji məqsədlər və potensial uğur baxımından qəbul ediləndirsə, siyasi qərar qəbul olunur. Yəni itkilər gözlənilməz nəticə sayılmır".
O vurğulayıb ki, ABŞ quru əməliyyatlar üçün hazırlıqlar görür:
"ABŞ belə bir əməliyyat üçün bölgədə xüsusi təyinatlı qüvvələr, dəniz piyadaları, hava-desant bölmələri və hava dəstək qüvvələri daxil olmaqla ciddi hərbi güc cəmləşdirib. Hazırlıqlar açıq şəkildə görünür. Ehtimal ki, adalara desant çıxarılması planlaşdırılır. Bu isə ciddi və baha başa gələn əməliyyatdır. Məsələn, Xarq adasını götürək. Burada dənizdə və quruda minalanmış ərazilər, gizlədilmiş döyüş mövqeləri ola bilər. ABŞ üstün  gücü ilə adalara desant çıxarsa belə, İran artilleriyası üçün əlverişli hədəfə çevrilə bilər". 
O əlavə edib ki, İranın uzun mənzilli artilleriya qüvvələri döyüşə hazır vəziyyətdə saxlanıla bilər:
O bildirib ki, ABŞ-nin tək məqsədi Xarq adası deyil:
"Əgər bu mövqelər zərərsizləşdirilməzsə, İran adadakı ABŞ qüvvələrinə qarşı güclü zərbələr endirə bilər. Məsafənin yaxın olması digər imkanlardan istifadəni də asanlaşdırır. Məsələn, qısa məsafəli hücum dronları kütləvi şəkildə tətbiq oluna bilər. Bütün bunlar ABŞ qüvvələri üçün ciddi itki riskini artırır. ABŞ-nin məqsədi yalnız Xarq adası deyil, eyni zamanda Hörmüz boğazı ətrafındakı bir sıra adalar ola bilər. Bu isə Vaşinqtona hərbi əməliyyatlar və strateji hədəflərə çatmaq üçün əlverişli dayaq nöqtəsi qazandıra bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 03 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri cəbhədən son xeber bugünki xəbərlər bugunun xeberleri