Ekspert: "Hərbi əməliyyatların dayandırılması Azərbaycan üçün sərfəli deyil" - MÜSAHİBƏ

Ekspert: "Hərbi əməliyyatların dayandırılması Azərbaycan üçün sərfəli deyil" - MÜSAHİBƏ Ekspert: "Hərbi əməliyyatların dayandırılması Azərbaycan üçün sərfəli deyil" - MÜSAHİBƏ
İşğal olunmuş Azərbaycan ərazisində aktiv döyüş əməliyyatları başladıqdan sonra Rusiyadakı bir çox ekspertlərin ritorikası dəyişdi. Əvvəllər Ermənistanın baş naziri Nikol Paşinyan danlanılırdı, amma döyüş əməliyyatlarından sonra Rusiyanın əsas müttəfiqi kimi Ermənistanın əhəmiyyəti bildirilərək, onun adını çəkməməyə çalışırlar. Hər halda kənardan belə görünür.
Bu doğrudanmı belədir? Media.Az"KamranLeaks" teleqram kanalının müəllifi, Rusiya Xalqlar Dostluğu Universitetinin baş müəllimi Kamran Həsənovdan müsahibə alıb:
- Mənə elə gəlir ki, Rusiyanın Paşinyana qarşı münasibəti çox dəyişməyib. Yəni, əvvəldə ermənipərəst mövqedən çıxış edən mütəxəssislər Ermənistanı dəstəkləməyə davam edirlər. Paşinyanın hakimiyyətə gəlməsindən təşvişə düşənlər isə onun Sorosun adamı olduğunu söyləyirlər. O, rus telekanallarının yayımını dayandıraraq, Qaregin Njdenin xatirəsini tərənnüm etməyə davam etdi.
Rusiyadakı "məxməri inqilabı" tənqid edən və indi Nikol Paşinyanı dəstəkləyən ekspertlər, müşahidələrimə görə, erməni mənşəli insanlardır. Onlar müharibə getdiyi vaxtda Rusiyanın Ermənistana maksimum dəstək verməsini istəyirlər.
- Rusiyanın informasiya məkanında hadisələrə obyektiv qiymət verən ekspertlərin sayı çox deyil. Suriyalı yaraqlılar, Türkiyə təyyarələrinin müharibədə iştirakı və digər mövzular barədə əsassız açıqlamalar mövcuddur. Obyektiv məlumat niyə bu qədər kasaddır?
- Türkiyəyə qarşı ittihamlar, yuxarıda dediyim kimi, erməni mənşəli ekspertlərin rəyi ilə izah edilə bilər. Onlar Türkiyəni mövcud təhlükə olaraq görürlər. Bundan əlavə, rus-türk müharibələri dövrünə gedən müəyyən bir türkofobiyanın olduğunu qeyd edə bilərik. Və bunun ən maraqlı tərəfi 100 ilə yaxındır ki, Rusiya ilə Türkiyənin bir-biri ilə vuruşmamasıdır. SSRİ 75 il əvvəl Almaniya ilə müharibə aparıb, lakin Türkiyəyə qarşı olan ümumi mənfi rəy Almaniyaya nisbətən daha çoxdur. Bəlkə də müharibələrin sayından asılıdır, çünki Rusiya Türkiyə ilə 13 dəfə müharibə aparıb.
Bir nüans da var. Rusiya telekanallarında bəzi aparıcılar həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərin yaxşı olmasına çalışırlar. Bu səbəbdən istər Mərkəzi Kəşfiyyat İdarəsi, istər Taliban, istərsə də Türkiyə Xüsusi Xidmət orqanları üçüncüsü qüvvə kimi axtarılır.
Ümumiyyətlə, Rusiya mediasının əhval-ruhiyyəsindən danışsaq, 2016-cı illə müqayisədə xeyli irəliləyiş var. Müşahidələrimə görə, o müddətdə Azərbaycanın ərazi bütövlüyü məsələsi şübhə altında qalırdı. İndi bu barədə söhbət gedə bilməz. Hər kəs BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlayır, bir milyon azərbaycanlı qaçqından bəhs edir, Azərbaycan ərazisinin işğal olunduğunu anlayır.
- Rusiya səlahiyyət sahiblərinin mövqeyi aydındır: Qarabağ Ermənistan deyil, yəni KTMT öhdəliklərinin bu əraziyə şamil edilməməsi deməkdir. Lakin erməni sosial şəbəkələri və mediası qəzəbli şərhlərlə doludur, deyirlər ki, Rusiya bizə kömək etmir. Sizcə İrəvan nəyə ümid edirdi?
- İrəvan Rusiyanın qoşunları vasitəsilə münaqişəyə kömək edəcəyinə və Azərbaycanın Qarabağ uğrundakı mübarizəsini dayandıracağına ümid edirdi. "İkinci erməni soyqırımı" nağıllarından istifadə edərək bu mövzunun üzərində işləyəcəyinə və Moskvanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin qarşısını alacağına ümid edirdilər. Lakin Rusiya Prezidenti Vladimir Putin Qarabağın KTMK-nın səlahiyyətinə aid olmadığını açıq şəkildə bildirdi.
- Bəs siz münaqişənin həllini necə görürsünüz? Daha doğrusu, Ermənistan tərəfi danışıqlar aparmağa və qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa nə zaman hazır olduğunu bəyan edəcək?
- Qərar aydındır - işğal altındakı ərazilərin azad olunması. Açıq şəkildə üstünlük - Azərbaycana məxsusdur. Prinsipcə dörd rayonun işğaldan azad olunması kifayətdir, bundan sonra Ermənistan danışıqlar masasına oturacaq və digər əraziləri də azad edəcək.
Azərbaycan üçün (qalib tərəf olaraq - red.) hərbi əməliyyatların dayandırılması sərfəli deyil, əks halda danışıqlar prosesi yenidən uzanacaq. Əgər Rusiyanın vasitəçiliyi ilə qərar verilərsə, o zaman İrəvan artıq oradan çıxa bilməyəcək. /oxu.az

Siyasi       Tarix: 09 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir

Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığ

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək

Dünyanın ən böyük liman operatorlarından biri, Dubayın "DP World" şirkəti Fars körfəzində yüklərin Hörmüz boğazından yan keçməklə daşınmasına imkan verəcək yeni dəniz limanı yaratmağı planlaşdırır. bu barədə "Financia

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev I

Azərbaycanla Malayziya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. KONKRET.azxəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Malayziya parlamentləraras

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber 2026 son.xeber valyuta mezennesi 2026 en yeni xeberler