Ekspert: "İranın nüvə başlıqları ehtimalı beynəlxalq sabitliyi təhdid edir"
"Hərbi zərbələr İranın nüvə proqramına zərər vursa da, proqram tamamilə məhv edilməyib. İranın uranı zənginləşdirmə imkanlarının hələ də mövcud olması isə region ölkələri üçün yeni təhlükəsizlik çağırışları formalaşdırır".
Bu fikirləri KONKRET.az-a açıqlamasındapolitoloq Aytən Qurbanova səsləndirib. Bildirib ki, nə 12 günlük İran–İsrail müharibəsi, nə də ABŞ-ın İranın nüvə mərkəzlərinə endirdiyi zərbələr proqramın sıradan çıxması anlamına gəlir:
"Paylaşılan qeyri-rəsmi məlumatlar göstərir ki, vurulan zərbələr İranın nüvə proqramı çərçivəsində uranın zənginləşdirilməsi ilə bağlı əldə etdiyi nailiyyətlərə ciddi şəkildə təsir göstərməyib. Bu isə o deməkdir ki, Tehran bu istiqamətdə addımlarını davam etdirir".
Politoloqun sözlərinə görə, İranın radikal kəsiminin xarici siyasətdə aqressiv ritorikadan istifadəsi regional və qlobal təhlükəsizliyi ciddi şəkildə risk altında qoyur:
"İranın nüvə başlıqlarına sahib olması ehtimalı mövcud şəraitdə beynəlxalq təhlükəsizlik üçün, eyni zamanda regional sabitlik üçün mühüm təhdidlər formalaşdırır".
Aynurə İsmayıl
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib