Ekspert: "Turizm qiymətləri bölgələrdə əlçatan deyil, əhali də narazıdır" - ŞƏRH + FOTO

Ekspert: Ekspert: "Turizm qiymətləri bölgələrdə əlçatan deyil, əhali də narazıdır" - ŞƏRH + FOTO
"2020-ci ildən bu günə qədər torpaq və daşınmaz əmlakın satış qiymətlərində ciddi artımlar var. Xüsusən də bu artımlara şimal və qərb bölgələrində daha çox rast gəlinir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev yeni turizm mövsümi ilə əlaqədar kirayə mənzillərin qiyməti ilə bağlı danışarkən deyib.
Ekspert: Xatırladaq ki, hər il yay fəslində yeni turizm mövsümü ilə əlaqədar olaraq kirayə mənzillərin qiymətində artım müşahidə olunur. Xüsusən də şəhərətrafı bağ evlərinə tələbin artması əmlak bazarındakı qiymətlərə təsir edir.
Bəs görəsən, bu il vəziyyət necə olacaq?
Ekspertin sözlərinə görə, hər il ənənəvi olaraq yay mövsümü başlayanda Azərbaycanda daxili turizm inkişaf edir:
"İnsanlar bölgələrə daha çox üz tuturlar. Bu da həmin bölgələrə kənardan insan axınına səbəb olur. Əvvəlki illərə baxsaq, görərik ki, ölkə əhalisinin böyük əksəriyyəti pandemiyadan öncə xaricə daha çox səfər edirdi. Pandemiyadan sonra isə bu dəyişdi. Daxili turizmə tələbat daha çox oldu".
Ekspert qeyd edib ki, mövsümlə əlaqədar turistik zonalara müştəri axını torpaq və daşınmaz əmlakın satış qiymətinə öz təsirini göstərəcək:
"Hazırda bəzi şimal və qərb bölgələrində torpaq və daşınmaz əmlakın satış qiymətlərində 2020-ci ildən bu günə ciddi artımlar var. Azərbaycanın turizm bölgələrində daşınmaz əmlaklara maraq artıb. Vətəndaşlar əvvəllər Bakı ərazisində bağ evləri alırdılar və onları kirayə verirdilər, ancaq hazırda bu bağ evlərinə tələbat ölkənin turistik rayonlarda daha çoxdur. Həmin ərazilərdə artıq çox sayda torpaq sahələri və bağ evləri satılıb. Kirayə qiymətləri demək olar ki, paytaxtdakı gündəlik bağ evlərinin kirayə qiymətlərinə yaxındır.  Bu, təbii ki, ölkə iqtisadiyyatına fayda verir və bölgələrimizin inkişafına gətirib çıxarır.
 Bunun əsas səbəbi quru sərhədlərin bağlı olması və əhalinin istirahət üçün ölkəmizi seçməsidir. Mövsümün başlaması bölgələrdə turistik sahələrin inkişafına gətirib çıxaracaq".
Turizm eksperti Ceyhun Aşurov qeyd edib ki, qiymətlər yerli əhali üçün əlçatan deyil:
Ekspert: "Yeni mövsümlə əlaqədar olaraq onu demək olar ki, 2023-cü il turizmin bərpa ili hesab olunur. Dünyada və Azərbaycanda gözləntilər ondan ibarətdir ki, pandemiyadan öncəki illə müqayisədə turizm sektorunun bərpasının daha çox olacağını qeyd edirlər. Bu il rəqəmlərin bir qədər artacağı gözlənilir.
Ölkədən gedənlərin sayında ciddi sıçrayış olmayacaq. Ötən il bu rəqəm 1 milyondan bir qədər çox idi. Tam rekord rəqəm bərpa olunmayıb, yəni gələnlərin sayında bərpa olunub, amma gedənlərin sayında cəmi 30 faizə qədərdir".
C.Aşurov əlavə edib ki, tələbat artdığı dövrdə kirayə mənzillərin qiymətində artımı görə bilərik:
"Tələbat artdığı dövrdə istər hotel, istərsə də kirayə mənzillərin qiymətində artımı görə bilərik. Bu, tələbatla əlaqədardır. Tələbat olduğu dövrlərdə qiymətlərdə artım müşahidə olunur".
Ekspert vətəndaşların qiymətlərdən narazı olduğu söyləyib:
"Ümumilikdə onu demək lazımdır ki, vətəndaşlar qiymətlərdən narazıdırlar. Qiymətlər yerli əhali üçün əlçatan deyil. Bunun üçün çalışmalıyıq ki, bazarda iştirakçıların və turizm obyektlərinin sayı çox olsun. İnsanlara geniş imkanlar tətbiq edilməlidir. Rəqabət mühitində büdcələrinə uyğun əlverişli qiymət, keyfiyyətli xidmət əldə edə bilsinlər".
İqtisadçı-ekspert Asif İbrahimov qiymətlərdə ciddi fərq olmayacağını bildirib:
Ekspert: "Məsələyə birmənalı yanaşmaq lazım deyil. Bakı və regionlarda olan kirayə mənzillərin qiymətini ayırmaq lazımdır. Xüsusilə sentyabr ayından sonra Bakı şəhərində ali təhsil müəssisələrinə və iş yerlərinə xüsusi aktivlik başladığı üçün respublikanın böyük şəhərlərində kirayə mənzillərin qiyməti artır. Tələb təklifi formalaşdırır.
Yay dönəmində bağ evlərinin qiyməti bahalaşır. Son dönəmlərdə qiymət faktoru ön plana çıxıb. Kirayə mənzillərin qiyməti çəkdikləri xərcə uyğunlaşdırılır. Rayon və ya qəsəbələrdə düşünürəm ki, ciddi fərqlər olmayacaq. Çünki artıq bahalaşan yetərincə bahalaşıb. Standart qiymət ortaya çıxıb".
Qeyd edək ki, Azərbaycan 2022-ci ilin nəticələrinə görə, pandemiyadan sonra turizmin 50 faizini bərpa edə bilib. 1,6 milyon xarici vətəndaş Azərbaycana gəlib. 2023-cü ildə daha çox xarici vətəndaşların qəbulu həyata keçiriləcək.
Nəzrin Vahid

Turizm       Tarix: 05 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar sonxeberler son xeber.az xeberler azerbaycan