Əlcəklər koronavirusdan qoruyurmu?
Pandemiya dövründə apteklərdən kütləvi şəkildə sadəcə maska və respiratorları deyil, həm də təkistifadəlik əlcəklər alınır. Ancaq mütəxəssislər əlcəklərin yararlı olmasından heç də əmin deyillər.
Milli.Az bildirir ki, əlcək taxmağın koronavirusdan qorunmaqda nə dərəcədə faydalı olduğu araşdırılıb.
Məlumata görə, əlcəklərdən istifadə yalnız qısa müddət üçün effektivdir. Bildirilir ki, həkimlər və tibbi personalın əlcək taxmağı vacib olsa da, bu, qan və digər bioloji maye kimi gözəgörünən çirkdən qoruyur. Bu əlcəklər yalnız qısa müddət ərzində əlləri bakteriya və virusdan qoruya bilər.
İş burasındadır ki, əlcəklər məsaməli materialdan hazırlanıb. Onlardan nə qədər çox istifadə edilsə, patogen mikroorqanizmlərin də əlcəyin içinə daxil olma ehtimalı bir o qədər artır. Bu səbəbdən həkimlər əlcəyi çıxardıqdan sonra əllərini diqqətlə yuyur və dezinfeksiya edirlər.
Bundan başqa, bu qoruyucu vasitə həm də aldadıcı sterillik hissi yaradır. Bir çox insan əlcək taxdıqdan sonra nə qədər də üzə toxunmamağa çalışsalar da, istər-istəməz bunu tez-tez edirlər. Həkimlər əlcək taxmağın virusa yoluxma artıra biləcəyinə dair xəbərdarlıq edirlər. Belə ki, təkistifadəlik əlcəkdə dəri daha tez tərləməyə başlayır. Bu isə bakteriya və virusların bütün növləri üçün ideal mühitdir.
"Qısa müddət ərzində təkistifadəlik əlcəyin səthində az öncə yuyulmuş əldən daha çox bakteriya yığılır", - pulmonoloq Yens Metyu bildirib.
Bu haqda dərc edilən məqalədə deyilir ki, koronavirusdan qorunmağın ən effektiv yolu ənənəvi profilaktik tədbirlərə riayət etməkdir. Bu, ilk növbədə, əllərin diqqətlə yuyulması və ictimai yerlərdən qaçınmaqdır. (ölkə.az)
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ