Əlcəzair Prezidenti Azərbaycana rəsmi səfərə dəvət edildi
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbu Azərbaycana rəsmi səfərə dəvət edilib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edərkən bildirib.
Nazir Əhməd Attaf Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısında çatdırıb, Prezident İlham Əliyevin onun dəvəti ilə Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında xüsusi qonaq qismində iştirakına görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev salamlara və Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştiraka dəvətə görə Əlcəzair Prezidentinə təşəkkürünü bildirib və onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş edib. Dövlət başçısı, həmçinin Əlcəzair Prezidentini ölkəmizə rəsmi səfərə dəvət edib. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi