Elçin Əmirbəyov: "Ermənistanın cəzasız qalması Azərbaycana qarşı növbəti təcavüzə səbəb oldu

Elçin Əmirbəyov: "Ermənistanın cəzasız qalması Azərbaycana qarşı növbəti təcavüzə səbəb olduElçin Əmirbəyov: "Ermənistanın cəzasız qalması Azərbaycana qarşı növbəti təcavüzə səbəb oldu"
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Fransanın France24 televiziyasının təşkil etdiyi Ermənistan - Azərbaycan cəbhəsində davam edən hərbi əməliyyatlara həsr olunmuş debatda Azərbaycanın mövqeyini ifadə edib.
Debatda E.Əmirbəyovla yanaşı Fransa və Böyük Britaniyadna olan politoloqlar Tornike Qordadze və Lourens Brurs, eləcə də Marsel Universitetindən siyasi elmlər doktoru Teline Papazyan iştirak edib.
Elçin Əmirbəyov debatda Ermənistanın Azərbaycana qarşı təcavüzü, o cümlədən Dağlıq Qarabağ və ətraf rayonların 27 ildən artıqdır erməni işğalı altında olması barədə ətaflı məlumat verib. Ermənistanın son hərbi təcavüz aktına geniş kontekstdə baxılmalı olduğunu deyən Əmirbəyov bu hadisənin beynəlxalq humanitar hüququn pozulması kimi dəyərləndirib.
Birinci vitse-prezidentin köməkçisi fikirlərini dəstəkləmək üçün Ermənistan tərəfinin son dövrdə həyata keçirdiyi təxribat cəhdlərini qeyd edib. İyul və avqust aylarında Ermənistan hökumətinin silah tədarükü həyata keçirdiyi, 100 minə yaxın könüllü döyüşçüləri səfərbərliyə cəlb etdiyini, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərinə Yaxın Şərqdən etnik ermənilər və terrorçuları cəlb etdiyini, oktyabrda KTMT ilə birgə hərbi təlimləri planlaşdırdığını xatırladıb.
Azərbaycanı təxribata çəkmək, cavab zərbəsinə təhrik etmək, münaqişəni aktiv fazaya keçirmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, sülh danışıqları prosesini dayandırmaq, işğal etidyi əraziləri daha uzun bir dövrdə əlində saxlamaq cəhdi kimi qiymətləndirib.
E.Əmirbəyov qeyd edib ki, davam edən cəzasızlıq mühitində və beynəlxalq ictimaiyyətin hərəkətsizliyi erməni rəhbərliyini son hərbi təxribata getməsinə səbəb olub.
Hazırkı vəziyyətdə Türkiyənin münaqişə bölgəsində fəallığının artması ilə bağlı suala cavab olaraq Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Ankara münaqişənin həlli prosesində yeni deyil, ATƏT-in Minsk Qrupunun yarandığı gündən Türkiyə bu qurumun üzvü olub.
"Türkiyə Azərbaycanın müttəfiqi və ən yaxın dost ölkə olaraq Ermənistanın təcavüzünün aradan qaldırılması, ilk növbədə Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyulması və Cənubi Qafqazda ədalətli sülhün bərqərar olmasına çalışır. Ermənistanın davamlı olaraq KTMT kimi xarici oyunçulardan dəstək almaq cəhdlərinin fonunda Türkiyənin Azərbaycanla həmrəylik nümayişi regional təhlükəsizliyi stabilləşdirən və balanslaşdıran faktor kimi çıxış edir.
Ermənistan hazırkı status-kvonun qəbuledilməz olduğunu və bu səbəbdən dəyişdirilməli olduğunu anlamalıdır. Növbəti ağır nəticələrdən qaçmaq üçün Ermənistan rəhbərliyi apardığı destruktiv siyasətin perspektivsiz olduğunu anlamalı, hərbi təcavüzü dayandırıb heç bir ön şərt olmadan danışıqlar masasına əyləşərək nəticəyə hesablanan danışıqlara başlamalıdır" – deyə E.Əmirbəyov qeyd edib.

/oxu.az

Siyasi       Tarix: 29 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun